Previous Next
Bağla

Ekspert: Rəqəmsal tələbə kartlarından necə istifadə olunur?

13-12-2024 11:07
Ekspert: Rəqəmsal tələbə kartlarından necə istifadə olunur?
Rəqəmsal tələbə kartlarından necə istifadə olunur?
"Azərbaycan Universitetləri, İRİA və Elm və Təhsil Nazirliyi datası əsasında yeni dəyərlər formalaşdırırlar. Artıq bu data əsasında universitet tələbələri üçün rəqəmsal tələbə kartları yaradılıb. Yəni tələbələr SİMA imza ilə myGov tətbiqinə daxil olmaqla burada tələbə məlumatlarının əks olunduğu “tələbə kartı”nı əldə edirlər".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Osman Gündüzün sözlərinə görə, bu məlumatlar Elm və Təhsil Nazirliyinin myGov-a inteqrasiya olunan tələbə datası əsasında real vaxtda formalaşır:
 
"Bununla da tələbələr alternativ olaraq, fiziki formada tələbə kartı olmadan da tələbə məlumatlarını lazım olan yerlərə təqdim edə bilirlər. Ümumiyyətlə, tələbələr, vətəndaşlar tələbə biletini, şəxsiyyət vəsiqəsini və s sənədləri bölüşmək üçün mygov mobil tətbiqində “Paylaş" düyməsindən istifadə edirlər. Bu zaman ekranda QR kod və 8 simvoldan ibarət (hərf, rəqəm qarışığı) sənəd nömrəsi əks olunur".
 
Ekspert bildirib ki, bu məlumatların yoxlanılması üçün də rəqəmsal həll yaradıb:
 
"Qurumlar “mygov Checker” platforması vasitəsilə sənədlərin doğruluğunu yoxlaya bilərlər. Hansısa qurumda sənədlərin yoxlanılması üçün qurum rəhbəri checker.e-gov.az portalına daxil olub əməliyyatları icra edəcək əməkdaşlarına müvafiq səlahiyyətlər verməlidir.
 
Səlahiyyətli şəxs “mygov Checker” tətbiqində “QR skan et” düyməsilə QR kodu skan edə və ya həmin sənəd nömrəsi ilə identifikasiya edə bilər.
 
Təqdim olunan məlumatların yoxlama tarixçəsi myGov mobil tətbiqində “Paylaşdığım məlumatlarım” bölməsində əks olunur. Eyni zamanda yoxlayan qurumlar da tələbənin, vətəndaşın kim tərəfindən yoxlanıldığını görə bilir".
 
Osman Gündüz qeyd edib ki, artıq bu proses AzTU-da pilot qaydada tətbiq edilir:
 
"10 mindən çox AzTU tələbəsi myGov platformasını öz telefonlarına yükləyib. Yəni anlaşıqlı desək, artıq 10 mindən çox AzTU tələbəsi rəqəmsal tələbə kartına, rəqəmsal şəxsiyyət vəsiqəsinə və digər rəqəmsal sənədlərə sahib olub. İRİA və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bu istiqamətdə xeyli işlər görülüb.
Universitet rəhbərliyinin tapşırığı əsasında tələbələrin identifikasiyası üçün məsul olan şəxslər İRİA sistemində qeydiyyatdan keçiblər".
 
Ekspert bildirib ki, İRİA-nın dəstəyi ilə universitetin mühafizə xidmətinin əməkdaşları üçün təlimlər də təşkil edilib:
 
"Təlim zamanı səlahiyyətli şəxslərə rəqəmsal tələbə kartının məlumatlarının oxunması üçün, tələbələrin identifikasiyası üçün mövcud qaydalar izah edilib.
Düşünürəm ki, dövlətə məxsus datalardan efefktiv istifadə etməklə yeni dəyərlərin yaradılması yetərincə əhəmiyyətlidir və bu, ölkədə rəqəmsal transformasiya proseslərinin sürətlənməsinə təkan verir.
 
Digər universitetlər də tələbələrə myGov tətbiqi yüklətməklə və İRİA-nın rəqəmsal platformasında qeyiyyatdan keçməklə bu rəqəmsal xidmətlərdən faydalana bilərlər". 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

03-03-2025
Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024
Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

28-11-2024
Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026
 “mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

19-07-2024
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025
“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024
"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025
DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

23-08-2024
Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

05-09-2024
“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025
“digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib

“digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib

24-06-2025
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026
Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025
Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

15-08-2022
Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026
Ekspert: Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

Ekspert: Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

31-08-2024
Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025
Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

17-09-2024
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

01-06-2026
Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024
ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət  vəsiqəsi ilə istifadə etmək olar

ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar

09-09-2024
“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə