Previous Next
Bağla

Ekspert: Ölkədə ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?

18-02-2025 16:52
Ekspert: Ölkədə ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb.
 
Xeberler.az məlumat verir ki, siyahıya daxil olan texnoloji şirkətlər aşağıdakılardır:
 
Azercell -127.6 milyon
Bakcell - 41.8 milyon
Nar - 25.8 milyon
Azərconnect - 23.1 milyon
Delta Telekom - 19.5 milyon
İRSHAD ELEKTRONİCS - 14.3 milyon
BestComp Group - 12.05 milyon
Azinvest Telecom Technology - 11.5 milyon
 
Bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert qey edib ki, rəqəmlərə diqqət yetirdikdə görsənir ki, 100 ən çox vergi ödəyicisinin ödədiyi toplam vergidə texnologiya sektorunun payı 3.5% dir:
 
"Bu isə onu göstərir ki texnologiya və telekommunikasiya sektoru hələ kifayət qədər inkişaf etməyib və iqtisadiyyatda toplan xüsusi çəkisi çox aşağıdır.
 
Dərhal qeyd edim ki, üzdə olan, dövlət resurslarından yetərincə bəhrələnən, dövriyyəsi milyonlarla olan bir neçə İT şirkətin və operatorun burada olmaması xeyli təəccüblüdür.
 
Həm də, siyahıdan görsənir ki, ən böyük vergi ödəyən texnoloji şirkətlər əsasən mobil operatorlar və internet provayderləridir, yəni müştərilərə birbaşa xidmət göstərən və kütləvi gəlir axını olan qurumlardır.
 
Qlobal bazarlarda isə görürük ki, daha böyük vergi ödəyiciləri İT şirkətlərdir. Azərbaycanda isə siyahıdan görsənir ki, böyük gəlirləri olan İT şirkətlərin sayı çox məhduddur.
 
Maraqlıdır ki ötən il DVX ilə İRİA arasında iri İT şirkətlərin vergidən azad edilməsilə bağlı ciddi fikir ayrılıqları vardı. Hansı ki bu güzəştin vergidəki payının elə də yüksək olacağını düşünmürəm.
 
Xatırladıram ki, ötən illər İKT güzəştləri ilə bağlı Prezidentin fərmanı İRİA tərəfindən düzgün tətbiq edilməmiş, bütün böyük İT şirkətlər vergilərdən azad olunmuşdur.
 
Normalda isə daha çox xaricə yönəlik fəaliyyəti olan İT şirkətlərə, həmçinin startaplara və KOB-lara güzəştlər olmalıydı".
 
Osman Gündüz bildirib ki, BestComp Goup-dan başqa, İRİA-nınn vergilərdən azad etdiyi İT şirkətlərdən 100-lükdə heç kim yoxdur. Hansı ki onlar içərisində dövlət resurslarından, dövlət sifarişlərinfən bəhrələnlər yetərincədir:
 
"BestComp isə məhz həm də xaricə yönəlik fəaliyyəti ilə seçilən ən oturuşmuş şirkət olması, innovasiyalar və əlavə dəyərlər yaratması ilə fərqlənir.
 
Yeri gəlmişkən, Bakcell və Nar-ın toplam vergisinin Azercell dövlət şirkətinin vergisindən xeyli az olması da diqqət cəlb edəndir.
 
Beləliklə, bu siyahı ölkədə İKT sektorunun vəziyyətini göstərən əsas parametrlərdən biri hesab oluna bilər. Ümid edirəm RİNN, İRİA da bu siyahının fərqindədir.
 
Təxmini hesablamalar göstəri ki, dövlət sektorunda İT sifarişlərin həcmi hər il 0.5 milyard manata çatır. Bura güzəştləri də əlavə etsək sektorda yetərincə dövlət vəsaitinin dövr etdiyi görsənir.
 
Fikrimcə, effektivliyə nəzarət gücləndirilməlidir.
 
Bu vəsaitlərdən effektiv istifadəyə, biznes mühitinin inkişafına, xarici bazara çıxmağa, xarici fəaliyyətdən əldə edilən gəlirlərin vergilərdən azad edilməsinə, vençur maliyyələşmənin inkişafına, startapların və kiçik bizneslərin dəstəklənməsinə diqqəti artırmaq lazımdır".
 
Ekspert qeyd edib ki, DVX yaxşı olardı ki, qlobal şirkətlərdən (Google, Meta, Apple, TikTok, Yandex və s. ) alınan, "Google vergisi" adlanan vergi ilə bağlı da statistikanı açıqlasın:
 
"İki il öncə DVX faydalı bir addım ataraq, qlobal şirkətlərin Azərbaycanda VÖEN alaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçməsi üçün bir rəqəmsal platforma yaradıb. Bununla bağlı hüquqi normalar yaradılıb.
 
Ötən il TikTok və Apple şirkətinin də VÖEN aldığı bildirilirdi.
 
Ümid edirəm DVX qlobal şirkətlərin də ölkəmizdə ötən il ödədiyi vergiləri açıqlayacaq".
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hansı İT şirkətlər bütün vergilərdən azad edilib ?

29-12-2023

TikTok VÖEN almalıdır

02-03-2024

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

Davosda Mikayıl Cabbarovla görüşən TikTok rəsmiləri indi də İqtisadiyyat Nazirliyində olublar

02-03-2024

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025

İKT sektoruna olan təşviqlər nəticəsində əməkhaqqı fondu və dövriyyə artıb

26-11-2024

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

Region ölkələrində startapların inkişafına dəstək hansı vəziyyətdədir?

16-03-2024

Startap şəhadətnaməsi alıb dövriyyəni artıran startaplar dərhal vergiyə cəlb edilib

18-05-2023

TOP-100 vergi ödəyicisi siyahısında İT sektorunun payı azalır - Osman Gündüz

09-04-2026

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023

Azərbaycanda neçə startap var?

13-03-2024

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025

Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

14-04-2025

Azərbaycan İT ixracında region ölkələrindən geri qalır - Osman Gündüz

14-04-2026

Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

10-04-2026

Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

15-11-2019

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlanıb

08-04-2026

Google məhkəmədə məğlub oldu- 185 milyon dollar ödəyəcək

25-01-2016

Facebook Britaniyadakı işçilərinin əmək haqqını artırıb

13-10-2015

Cənubi Koreya YouTube-a vergi tətbiq edəcək

19-08-2019

“Startaplar Dövlət Vergi Xidmətindən qaçır”-Səbəb

17-10-2023

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025

Ekspert: Son bir ildə dövlət sektorunda İT layihələrə 100 milyon manatdan çox vəsait xərclənib

12-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə