Previous Next
Bağla

Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

18-09-2024 12:30
Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?
RİNN-in son 2 ildə apardığı rəqəmsal hökumət siyasəti özünü doğruldubmu ?
 
"Gizli deyil ki, bir neçə qrup, RİNN, ASAN, elə biz də , ola bilsin hökumətdə kimlərsə də BMT-nin rəqəmsal hökumətin inkişafı ilə bağlı növbəti reytinqini gözləyirdi. Çünki, iki il olardı ki, eGov sahəsində səlahiyyətlər Prezident fərmanı əsasında ASAN-dan alınıb RİNN-ə verilmişdi. Vəziyyətin necə olacağı düşündürücü idi".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz BMT-nin dərc etdiyi "Elektron Hökümətin inkişafı indeksi"ni şərh edərkən deyib:
 
"Xatırladıram ki, 2 il öncə məhz bu aralar BMT-nin 2022-ci il hesabatı çıxmışdı. O zaman Azərbaycan 13 pillə geriləmiş, 83-cü yerə enmişdi. Cavabdeh qurum da ASAN idi".
 
Ekspert  bildirib ki, həmin hesabatdan sonra hökumətdə ciddi narazılıqların olduğu sezilirdi. Məhz həmin hesabatdan bir qədər sonra səlahiyyətlər bütünlüklə RİNN-ə verilmiş , İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həm də bu sektorda işə başlamışdı".
 
Osman Gündüzün sözlərinə görə, BMT-nin bu hesabatı yalnız dar çərçivədə, klassik "elektron hökumətin" vəziyyətini deyil, bütövlükdə ölkə üzrə "rəqəmsal mühitin" vəziyyətini əks etdirir:
 
"2024 cü il hesabatından görsənir ki, 2 il ərzində Azərbaycan rəqəmsal transformasiyada 9 pillə irəliləyib və 74-cü yerə yüksəlib. Ölkələrin sıralamasında "Yüksək inkişaf" pilləsinə daxil ola bilib. Xüsusilə "Onlayn dövlət xidmətləri" və "Telekommunikasiya infrastrukturu" istiqamətlərində ciddi artım əldə edib. Bu da sektorda, xüsusən infrastrukturda aparılan ciddi işlərin nəticəsi olaraq baş verib və reallığa uyğundur".
 
Ekspert bildirib ki, əvvəlki 2 ildə 13 pillə geriləmədən sonra 9 pillə yüksəlmə diqqət cəlb edəndir:
 
"Hesabatın E-iştirakçılıq hissəsində isə toplam 10 pillə irəliləyə bilsək də "ən zəif bənd" yenə də E-iştirakçılıqdır. “Elektron iştirakçılığı”n alt indeksi "E-consultation" istiqaməti üzrə "0" bal almışıq. Xatırladıram ki, bu istiqamət üzrə əvvəlki illərdə, 2016-cı illə müqayisədə 2022-ci ildə nə az-nə çox, hətta 51 pillə geriləmişdik. İndi 10 pillə irəliləsək də görünür ki, bu sektorda ciddi problemlər qalır".
 
Osman Gündüz qeyd edib ki, hesabatdan görünəb odur ki, bizdə ən zəif vəziyyət həm də "İnsan kapitalı" istiqaməti üzrədir. Geriləmə qeydə alınan yeganə indeksdir.
Qısası, BMT hesabatı göstərir Azərbaycanda rəqəmsal transformasiyada əsasən vətəndaşa yönəlik istiqamətlərdə problemlər var:
 
"Qiymətləndirmə indekslərindən görsənir ki, gerilik və problemlər əsasən vətəndaşların dövlət idarəetməsində, qərarların qəbul edilməsində iştirakı, vətəndaş müraciətləri, rəyləri və təkliflərinin öyrənilməsi, elektron məsləhətləşmə və e-iştirak üçün effektiv mexanizmlərin yaradılması, açıq məlumat bazalarına əlçatanlıq, ictimai iştirakçılıq, ictimai nəzarət proseslərində effektiv iştirak imkanları və s. məsələlərdədir".
 
Ekspert vurğulayıb ki, ötən gün İRİA-nın təqdim etdiyi, yetərincə faydalı resursa çevrilən yenilənmiş "mygov" məhz vətəndaşa yönəlik bir addım idi:
 
"4 sənədin rəqəmsallaşması, vətəndaş üçün mygov-da daha rahat imkanların yaradılması təəssüf ki BMT-nin bu hesabatında öz əksini tapmayıb. Məhz bu məqamlara görə ölkəmiz xeyli irəlidə ola bilərdi".
 
Osman Gündüzün sözlərinə görə, bu hesabatlarda əvvəlki illərdəki böhranlı vəziyyətdən çıxmağı və 9 pillə yüksəlməni, həmçinin bəzi müsbət tendensiyaları nəzərə alsaq Azərbaycanda rəqəmsal transformasiya sahəsində RİNN-in səylərini qənaətbəxş hesab etmək olar:
 
"Amma dərhal da qeyd etmək istərdim ki, region ölkələri ilə müqayisə baxımından, mövcud problemlər baxımından görüləcək işlərin daha çox olduğunu da qeyd etmək lazımdır. İndiki tutduğumuz yer bizim potensialımıza adekvat deyil".
 
Sonda ekspert bildirib ki, BMT yalnız dar çərçivədə "rəqəmsal hökumət" qiymətləndirməsini deyil, bütövlükdə rəqəmsal transformasiyanı dəyərləndirdiyindən, vətəndaş iştirakçılığı və vətəndaşa yönəlik rəqəmsal transformasiya məsələlərində problemlər çox olduğundan Prezident Adiministasiyanın müvafiq bölmələri də bu sahəyə diqqəti artırmalıdır.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: RİNN E-iştirakçılıq vəziyyətini düzəldə biləcəkmi?

25-02-2025

Ekspert: Nə üçün geriləmişik?

03-10-2022

Ekspert: Azərbaycan eGov sahəsində əvvəlki beynəlxalq reytinqlərini təkrarlaya bilmir

07-09-2020

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

18-09-2024

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025

Azərbaycan dünya startap reytinqində irəliləyib

02-06-2022

Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

31-05-2024

Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

14-08-2025

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024

Ekspert: "EHİM-in RİNN-ə verilməsi rəqəmsallaşmada mərkəzləşməni asanlaşdıracaq"

06-12-2022

"eGov" niyə "ASAN"dan alınıb nazirliyə verildi?- EKSPERT ŞƏRHİ

25-11-2022

Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?

11-10-2022

"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

27-01-2023

Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına yüksəlib.

19-09-2024

Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

24-02-2025

Ekspert: Azərbaycan bir pillə geriləyib

22-02-2023

Ənənəvi innovasiya sammitinə az qalıb, sektorda vəziyyət necədir ?

27-11-2023

ASAN-ın mükafatı, Azərbaycanın startap ekosisteminin real vəziyyəti və gözləntilər haqqında

11-01-2024

Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

16-10-2023

İnnovasiya Sammiti necə keçib?- RƏY

14-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə