Previous Next
Bağla

İT şirkətləri dövlətdən nə istəyir - Dövlət sifarişlərini artırmaq, yoxsa normal mühit ?

15-03-2021 16:06
İT şirkətləri dövlətdən nə istəyir - Dövlət sifarişlərini artırmaq, yoxsa normal mühit ?
"Son günlər bizim İT şirkətlərimiz dövlət qurumları ilə ardıcıl görüşlər keçirirlər. Maraqla izləyirəm. Ki, görüm nə perspektiv vəd olunur, hansı əlavə dəyərlər yaradacaqlar, dayanıqlı inkişaf, innovasiyalar və ekosistem üçün nələr olacaq.
 
Amma görüşlə bağlı məlumatlardan belə qənaətə gəlmək olur ki, yenə də bizim İT şirkətlərimizin yeganə ümid yeri dövlət sifarişləridir. Əgər tenderlər dayandırılsa, devalvasiya zamanı olduğu kimi dövlət sifarişləri kəsilsə bizim İT şirkətlər yenə batacaq və əvvəlki kimi kütləvi ixtisarlar qaçılmaz olacaq. Və bununla da bizim İT mütəxəssislərin xaricə 2-ci köçü başlanacaq.
 
Son zamanlar dövlət başçısı öz çıxışlarında özəl sektorun da məsuliyyətinin artırılmasına, innovasiyaların və ekosistemin inkişafına, tenderlərin keçirilməsində şəffaflığın artırılmasına ciddi diqqət yetirib. Lakin müşahidələr göstərir ki, İT sektorda əsas mübarizə məhdud dövlət sifarişlərinin əldə olunmasına yönəlib, tenderlər uğrunda az sayda İT şirkətlər arasında amansız mübarizə gedir. Əksər İT şirkətlər dəyər yaratmağa, xarici bazarlara çıxmağa üstünlük vermirlər.
 
Son zamanlar yalnız BestComp və SİNAM şirkətinin xarici bazarlara daxil olmaq sahəsində uğurlu fəaliyyəti diqqət cəlb edib. Prezidentin rəqəmsal hökumətə keçidlə bağlı fərmanında nəzərdə tutulduğu kimi dövlət sifarişləri ilə bağlı ciddi kordinasiya olmalıdır, İT layihələrin dəyərləndirilməsi və prioritetliyi təmin edilməlidir, təkrarçılığın qarşısı alınmalı, normal ekspertiza mexanizmləri hazırlanmalıdır. Bəzən hətta ləğv edilən tenderləri udan, milyonlarla vəsait hesabına realda mövcud olmayan rəqəmsal dövlət resursları “hazırlayan” İT şirkətlərimizin də olduğunu görürük.
 
Hədsiz böyük dövlət resursları qarşılığında İT şirkətlərimizin təqdim etdiyi həllər bir çox halda yarıtmaz vəziyyətdə olur. eSatınalma Portalına diqqət yetirdikdə hər şey açıq-aşkar görünür. İT şirkətlərimizin növbəti görüş yeri güman ki, İqtisadiyyat Nazirliyi olacaq.
 
Bununla bağlı qabaqcadan bu quruma təklifim var.
 
Yaxşi olardı ki, bizim İT şirkətlərimiz Nazirin yanına gəlməzdən öncə Nazilriyin əməkdaşları xarici təcrübə ilə bağlı bir təqdimat hazırlasınlar.
 
Təqdimata qonşu ölkələrdə, Kazaxstanda, Ermənistanda, Ukraynada mövcud olan İT şirkətlərin yaratdıqları əlavə dəyərlər, onların milyonlarla xarici investisya əldə edən startapları, dövlətdən deyil, xaricdən aldıqları milyonlarla investisiyalar haqqında məlumatlar daxil edilsin.
 
Əminnəm ki, İN-nin peşəkarları belə bir təqdimatı hazırlaya biləcəklər və bizim İT “nəhənglərimiz” üçün də bu maraqlı olacaq". 
 
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət İT sektorun inkişafına nə qədər vəsait ayırır və bu vəsaitlərin bölgüsü ədalətlidirmi?

Dövlət İT sektorun inkişafına nə qədər vəsait ayırır və bu vəsaitlərin bölgüsü ədalətlidirmi?

24-11-2023
Qurumların İKT təminatına ayrılan vəsait səmərəli istifadə olunur?

Qurumların İKT təminatına ayrılan vəsait səmərəli istifadə olunur?

22-05-2018
Ekspert: Son bir ildə dövlət sektorunda İT layihələrə 100 milyon manatdan çox vəsait xərclənib

Ekspert: Son bir ildə dövlət sektorunda İT layihələrə 100 milyon manatdan çox vəsait xərclənib

12-08-2021
Ekspert:“Teknofest” dərsləri : bizim İT biznes nə üçün qatılmayıb?

Ekspert:“Teknofest” dərsləri : bizim İT biznes nə üçün qatılmayıb?

02-06-2022
Azərbaycan İnnovasiyalar Evi niyə İT şirkətlərinin deyil, SOCAR-ın dəstəyi ilə yaradılıb?

Azərbaycan İnnovasiyalar Evi niyə İT şirkətlərinin deyil, SOCAR-ın dəstəyi ilə yaradılıb?

21-02-2020
Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022
Ekspert:Rusiyadan qaçan İT mütəxəssislər hara gedirlər ?

Ekspert:Rusiyadan qaçan İT mütəxəssislər hara gedirlər ?

22-04-2022
Televiziyaların Azərkosmosa olan borclarını kim ödəməlidir?

Televiziyaların Azərkosmosa olan borclarını kim ödəməlidir?

28-01-2019
ASAN 2.0 realdırmı ?

ASAN 2.0 realdırmı ?

05-12-2018
“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

25-11-2015
Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

05-09-2022
Ermənistan Azərbaycanın tezlik resurslarından istifadə hüququ əldə edib?

Ermənistan Azərbaycanın tezlik resurslarından istifadə hüququ əldə edib?

13-06-2020
"Vençur maliyyələşməsi ilə bağlı qanunvericilikdə hər hansı bənd yoxdur"

"Vençur maliyyələşməsi ilə bağlı qanunvericilikdə hər hansı bənd yoxdur"

29-11-2022
Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025
Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024
DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020
Ekspert: Startap şəhadətnamələri və ekosistemin hazırki vəziyyəti necədir?

Ekspert: Startap şəhadətnamələri və ekosistemin hazırki vəziyyəti necədir?

11-09-2021
Hökumət Buludundan nə gözlənilir?

Hökumət Buludundan nə gözlənilir?

20-06-2019
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
Milli informasiya resursları ələ keçirilib

Milli informasiya resursları ələ keçirilib

03-03-2023
Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020
KOBİA startapların xarici bazarlara çıxışına dəstək olacaq

KOBİA startapların xarici bazarlara çıxışına dəstək olacaq

17-01-2023
XRİTDX: 9 mindən çox saytda fasiləyə "Cloudflare" məsələsi kimi baxmaq yanlışdır

XRİTDX: 9 mindən çox saytda fasiləyə "Cloudflare" məsələsi kimi baxmaq yanlışdır

20-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə