Previous Next
Bağla

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022 16:13
Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

MTK hətta aidiyyatı dövlət qurumunun nümayəndələrini binaya buraxmayıb.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Bir neçə gün öncə "Bir bina bir provayderindir" mövzusunda yazı yazmışdım. Bununla bağlı çox sayda müraciətlər oldu. Problem bizim düşündüyümüzdən də dəhşətli vəziyyətdə olub.

Elə MTK -lar var ki, özləri provayder yaradıblar, başqa provayderləri qəbul etmirlər və maraqlıdır ki, RİNN-nin bu provayderlərdən ümumiyyətlə xəbəri yoxdur. Bəzilərini heç mən də tanımıram və ilk dəfə adlarını eşidirəm. Hansı ki, Telekommunikasiya haqqında qanuna görə onlar RİNN-də uçota durmalı və özləri haqqında məlumat verməlidirlər.

Bu məsələ qalxandan sonra indi məlum olur ki, hətta elə deputatlar və məmurlar olub ki, MTK-ların özbaşınalığı və sayğısızlığı nəticəsində özlərinə məxsus dövlət telefonunu və interneti yeni köçdükləri binaya çəkdirə bilməyiblər.

MTK dövlət operatorunun nümayəndəsini binaya buraxmayıb. Bildirilib ki, ancaq MTK-nın təklif etdiyi provayderdən xidmət almaq olar. Bu cür biabırçı vəziyyətə aidiyyatı qurumlar son qoymalıdır.

Müşahidələr göstərir ki, RİNN və Antiinhisar Dövlət Xidməti sanki bu vəziyyətlə barışıb. Hansı ki, bu, yolverilməzdir. Düşünürəm ki, RİNN uçotda olan provayderlər və onların xidmət əraziləri ilə bağlı Antiinhisarla birgə monitorinq aparmalıdır. Uçotda olmayan provayderlərlə bağlı tədbir görməlidir RİNN. Xeyli sayda vətəndaşlar var ki, MTK-ların haqsız davranışı ilə bağlı rəsmi olaraq Antiinhisar Dövlət Xidmətinə müraciət etdiklərini bildirirlər.

Bildiyim qədər artıq Antiinhisar Dövlət Xidməti bununla bağlı araşdırma aparır. Lakin hələlik bunların nəticəsi olmayıb.

Bir daha qeyd etmək istərdim ki, RİNN və Antiinhisar bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün də səylərini gücləndirməlidir. Antiinhisar Dövlət Xidmətindən və RİNN-dən bu problemin həlli istiqamətində konkret addımlar gözləyirik”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Bir bina bir provayderindir

Ekspert: Bir bina bir provayderindir

22-09-2022
Hökumət  internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

Hökumət internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

03-08-2023
Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

27-04-2022
Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023
MTK-larda ən azı 3 fərqli provayderin xidmət göstərməsi zəruridir

MTK-larda ən azı 3 fərqli provayderin xidmət göstərməsi zəruridir

09-12-2025
Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024
Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

23-01-2023
Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022
Ekspert: "Asan imza" sistemi çöküb

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023
Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023
Nazirliklə Bakcell arasında mübarizə davam edir

Nazirliklə Bakcell arasında mübarizə davam edir

06-08-2019
Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”

Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”

29-07-2022
Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025
Ekspert: Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir

Ekspert: Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir

26-08-2022
Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019
Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019
RİNN yanında İctimai Şuranın üzvləri Aztelecom rəhbərliyi ilə görüşüb

RİNN yanında İctimai Şuranın üzvləri Aztelecom rəhbərliyi ilə görüşüb

24-08-2022
Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

14-04-2022
Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019
Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022
30 provayderin saytı yoxdur-Ekspert

30 provayderin saytı yoxdur-Ekspert

21-08-2023
Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020
Yeni mənzillərdən ƏDV qazancı əldə etmək üçün rahat imkan!

Yeni mənzillərdən ƏDV qazancı əldə etmək üçün rahat imkan!

30-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə