Previous Next
Bağla

Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?

11-10-2022 17:25
Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?
Dövlət qurumu öz datasını alqı-satqı predmetinə çevirə bilərmi?
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
"Hər bir Nazirlik və ya dövlət qurumu deyir ki, onun datasının sahibi elə özüdür.
Qəribə səslənsə də real vəziyyət belədir. Bəziləri uzun illər formalaşan datanı kimə istəsə pulsuz-parasız verir, bəziləri kimə istəsə satır, hətta xarici şirkətlərə təqdim edən də var və bir çoxları da onun üzərində kommersiya qurub özü üçün işlədir.
Çox güman ki, bir çox hallarda məhz bu səbəbdən bəzi nazirliklər datanı inteqrasiya etməkdə maraqlı deyillər.
Məhz bunun nəticəsidir ki, hələ də bir çox dövlət qurumları rəqəmsala keçə bilmir, vətəndaşlardan kağız formada, pdf formada sənədlər tələb edir.
Çünki, qonşudakı dövlət qurumunda bu informasiya , bu data olsa da onu digər dövlət qurumuna, sadəcə vermir.
ASAN-ın Elektron Hökumətin İnkişafı Mərkəzi bu istiqamətdə bir xeyli səylər göstərsə də reallıq ondan ibarətdir ki, artıq bu iş bəlli bir səviyyəyə gəlib çatandan sonra irəli getmir, donub qalıb.
Gorünən odur ki, eGov Mərkəzinin kordinasiya imkanları çox zəifləyib. Əslində lap əvvəldən də eGov sahəsində kordinasiyada problemlər olub. Nəhəng dövlət qurumlarına datanı bölüşməklə, inteqrasiya ilə bağlı təsir etmək elə də asan başa gəlmir. Nəticədə isə elektronlaşma, rəqəmsal transfromasiya ləngiyir.
Elə BMT-nin son Hesabatından da bunun acı nəticələrini gördük. Şəxsən mən gözləyirdim ki, bu hesabatdan sonra ASAN və RİNN yığışıb hökumətə təklif verəcəklər ki, təcili Prezident yanında rəqəmsal hökumətlə bağlı koordinasiya mərkəzi formalaşdırılsın. Əks halda bu sahədə işlər çox ləng gedəcək.
Yeri gəlmişkən, Prezident Administrasiyasının innovasiyalarla bağlı şöbəsinin də bu istiqamətdəki səylərini yetərli hesab etmək olmaz. Təəssüf ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və maraqlıdır ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi adında bir qurumumuz da dataların tənzimlənməsi və ondan effektiv istifadə sahəsində ciddi səylər göstərmirlər.
Bildiyim qədər RİNN "Fərdi məliumatlar haqqında" qanun layihəsini də hazırlayıb hökumətə təqdim edib.
Amma, ümumiyyətlə rəqəmsal transformasiyada dataların yeri, ondan effektiv istifadə məsələləri, açıq məlumat bazaların formalaşması sahəsində problemlər qalır.
Opendata.az resursundan bu sahədəki acınacaqlı vəziyyət çox yaxşı görünür.
Bəlkə də RİNN-nin hazırladığı rəqəmsal konsepsiya layihəsində bunlar nəzərdə tutulub.
Təəssüf ki , hətta ayrı-ayrı Nazirliklər rəqəmsal transformasiya konseptini hazırlayıb təsdiqlədə bilsələr də, indiyədək də ölkə üzrə rəqəmsal transformasiya konsepsiyası təsdiqlənməyib.
Hansı ki qonşu ölkələrdə bu tip yanaşmalar artıq xeyli illər öncədən müəyyənləşib, buna uyğun da addımlar atırlar.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin ümumiyyətlə nə ilə məşğul olduğu da hələlik bəlli deyil.
İndiyədək qanunvericilik istiqamətində, data və süni–intellekt sahəsində hər hansı konkret bir təşəbbüslərini görməmişəm. Arada məlumatlar yayılır ki hansısa sıradan bir tədbir keçiriblər. Düşünürəm ki, qurum öz adına uyğun ciddi təkliflər verməlidir, yeni çağırışlara uyğun hüquqi-normalarla bağlı təşəbbüslər etməlidir.
Hələ eşitməmişəm ki, bu qurum mövcud datalardan effektiv istfadə ilə bağlı hansısa bir real addım atsın".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

ASAN 2.0 realdırmı ?

05-12-2018

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021

Ekspert: Nə üçün geriləmişik?

03-10-2022

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022

Ekspert: "EHİM-in RİNN-ə verilməsi rəqəmsallaşmada mərkəzləşməni asanlaşdıracaq"

06-12-2022

ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

04-04-2025

"eGov" niyə "ASAN"dan alınıb nazirliyə verildi?- EKSPERT ŞƏRHİ

25-11-2022

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021

Ekspert: Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir

17-10-2022

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

18-09-2024

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020

Ekspert:Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb?

17-08-2022

Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

13-02-2024

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023

Oracle və "Hökumət buludu" tərəfdaş oldular

20-05-2022

15 milyonluq Elektron hökumət Portalı və doğrulmayan ümidlər

27-04-2012

Vətəndaşlar rəqəmsal xidmətlərdən məmnundurmu?

13-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə