Previous Next
Bağla

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025 15:59
Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var
"Hə il tələbə qəbulu mövsümü yaxınlaşanda hamı hökumətin verəcəyi plan yerlərini gözləyir. Ali məktəblərə qəbul üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi plan yerləri, əslində, ölkənin gələcək əmək bazarının “çertyoju”dur. Əmək bazarının formalaşmasına təsir edən ən ciddi qərarlardan birisi məhz budur. Amma bu “çertyoj”da ciddi uyğunsuzluqlar var".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Osman Gündüzün sözlərinə görə, hökumət təkcə dövlət hesabına oxuyacaq tələbələrin sayını deyil, hətta öz pulu ilə oxuyacaq tələbələrin sayını da müəyyən edir. Hər universitet üçün bəlli bir kvota müəyyən olunur:
 
"Universitetlər Elm və Təhsil Nazirliyinə tələbatla bağlı təklif verir, Elm və Təhsil Nazirliyi bu təklifləri araşdırıb özü qrar verir və Nazirlər Kabinetinə göndərir, Nazirlər Kabineti bunu bazarın perspektiv tələbləri baxımından araşdırıb qərar verir və Dövlət İmtahan Mərkəzinə göndərir. DİM isə plan yerlərini elan edir və ona uyğun müsabiqə əsasında qəbul aparır.
 
Yəni imkanı olan, təhsilə investisiya yatıran, akademik vəziyyəti normal olan, əlavə kampuslar tikən universitet özəl formada, müxtəlif təhsil formaları ilə təhsil almaq istəyənləri özü universitetə qəbul edə bilməz".
 
Ekspert bildirib ki, digər ziddiyyət isə təhsilin forması ilə bağlıdır:
 
"Bunu da hökumət müəyyən edir. Yəni hökumət verdiyi plan yerlərində hələlik ali təhsil üçün əyani və qiyabi təhsil formasını məqbul hesab edib. Qanunvericilikdə nəzərdə tutulsa da, imkanı olanlar distant təhsil forması üzrə təhsil xidməti verə bilməz, bunu hökumət qadağan edib.
 
Bizim hökumət ölkədə və xaricdə distant formada oxuyanların diplomunu tanımır. Burada hansı akademik müstəqillikdən, hansı muxtariyyatlıqdan söhbət gedə bilər. Universitetlər var ki, distant infrastruktur formalaşdırmaq üçün, irəli getmək üçün milyonlarla investisiya qoyublar. Bildiyim qədər UNEC, BDU, AzTU, ADA günü sabahdan distant formada təhsilə hazırdırlar.
 
Amma bu universitetlərə distant təhsillə bağlı qadağa var. Onlar bu xidməti verib kadr hazırlaya, maliyyə resursları formalaşdıra bilməzlər".
 
Osman Gündüzün sözlərinə görə, absurd vəziyyət həm də onunla bağlıdır ki, hökumət son 3-4 ildə regionlarda keyfiyyətli internet üçün milyonlarla investisiya yatırıb, indi ən ucqarda olanların da, baha olsa da keyfiyyətli və dayanıqlı internetə çıxışı var amma bu keyfiyyətli internet üzərindən təhsil xidməti, faydalı xidmətlər almaq əvəzinə məcburdur ki, TikTok üzərində “otursun”:
 
"Regionlarımızda, Rusiyada və qonşu ölkələrdə xeyli sayda gənclər, azərbaycanlı ailələrin övladları var ki onlar ödəniş etməyə hazırdırlar və bizim universitetlərdə distant formada təhsil almağı arzulayırlar.
 
Düşünürəm ki, əgər bu il də universitetlərə distant üçün plan yerləri ayrılmayacaqsa onda universitetlərin özlərinin pilot qaydada xarici tələbələrin distant forma üzrə qəbulunu aparması faydalı və doğru olardı.
 
Bəlkə də belə bir təcrübə və münasibətlər formalaşandan sonra hökumətimiz distantla bağlı mühiti qaydaya salar, universitetləri arxadan zorla tutub saxlamaqdan əl çəkər.
 
Əgər biz doğrudan da bilikli və rəqabətədavamlı cəmiyyət qurmaq istəyiriksə, ali təhsil sistemində daha çevik, daha şəffaf və bazar yönümlü qərarlar verilməlidir. O cümlədən distant təhsil üçün pilot layihələrə icazə verilməlidir. Əks halda, biz universitetlərimizin rəqabətə davamlılığını təmin edə bilməyəcəyik".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023

Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

17-01-2022

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

Universitetlər rəqabətli mühit üçün hansı addımları atacaq: məhkəmə yoxsa muxtariyyət ?

23-01-2021

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə irəliləməsinə nələr mane olur?

12-11-2022

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020

Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

16-03-2020

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020

Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

23-09-2019

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021

UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

06-05-2021

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə