Previous Next
Bağla

Universitetlər rəqabətli mühit üçün hansı addımları atacaq: məhkəmə yoxsa muxtariyyət ?

23-01-2021 22:42
Universitetlər rəqabətli mühit üçün hansı addımları atacaq: məhkəmə yoxsa muxtariyyət ?
Universitetlər rəqabətli mühit üçün hansı addımları atacaq: məhkəmə yoxsa muxtariyyat ?
 
"İndi də DİM-in rəhbəri Məleykə Abbaszadənin brifinq keçirəcəyi gözlənilir. Brifinqlər informasiyalı mühit üçün faydalı addımlardı, amma gərək həllini gözləyən, cəmiyyəti narahat edən məsələlərə də aydınlıq gətirilsin".
 
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz məlumat verib:
 
"Ötən bir neçə gündə təhsil sahəsi, təhsilin rəqəmsallaşması ilə bağlı bir neçə aktual məsələyə diqqət çəkmişdim. Daha bir həllini gözləyən məsələni bir daha xatırlatmaq istərdim.
 
UNEC milyonlarla investisiya yatıraraq Distant Mərkəz qurub. Müəllimləri hazırlayıb, təhsil resurslarını rəqəmsallaşdırıb, Universitetdə tədris və idarəetmə yetərincə rəqəmsallaşıb.
 
AzTU, ADNSU, ADA, BANM, Qərbi Kaspi və s. Universitetlər də bu sahəni inkişaf etdirmək üçün ciddi səylər göstərirlər, infrastruktur qururlar, Mərkəzlər formalaşdırırlar. Universitetlər təbii ki, bu addımları daha öndə olmaq üçün, əlavə təhsil xidmətləri üçün, yeni maliyyə imkanları üçün, beynəlxalq təhsil xidmətləri bazarına çıxış üçün atırlar".
 
Bəs görəsən bu tip Universitetlərimiz bunun faydasını görürlərmi, yaxın perspektivdə qoyulan investisiyaların bəhrəsini görə biləcəklərmi, rəqabətə davamlı bir təhsil qurumuna çevrilə biləcəklərmi?
 
Ekspert bildirib ki, bu sualların cavabı olduqca dumanlıdır.
 
"Çünki hələlik hökumət tərəfindən, Təhsil Nazirliyi və DİM tərəfindən Universitetlərin bu addımlarının qarşılığında yetərli dəstək, rəqabətli mühitin formalaşmasına səylər, normal tənzimləmə müşahidə olunmur.
 
İndiyədək də hökumət, Təhsil Nazirliyi və DİM ali məktəblərə distant formada qəbul üçün qaydalar müəyyən etməyib, hər il hər bir ali məktəb üçün ƏYANİ və QİYABİ forma üçün yerlərin sayı müəyyən olunsa da DİSTANT formada təhsil üçün qəbul planı müəyyən olunmur. Sanki bir sıra Universitetlərin inkişafı qəsdən ləngidilir.
Bu cür mühit xeyli uzandığından düşünürəm ki, vəziyyətdən çıxış yolu aşağıdakılar ola bilər :
 
1. Hökumət, Təhsil Nazirliyi və DİM distant formada təhsilin təşkilinə hazır olan ali məktəbləri audit edib lisenziya verməlidir. Və cari ildə bu ali məktəblərə ƏYANİ və QİYABİ təhsil forması ilə bərabər, DİSTANT təhsil formasınında da qəbul yerlərinin sayını müəyyən etməlidir
 
2. Əgər 1-ci bənd mümkün deyilsə onda məsuliyyət Universitetlərin üzərinə qoyulmalı və bu sahədə onlara muxtariyyat verilməlidir
 
3. Əgər 1-və 2-ci bənd alınmırsa onda düşünürəm ki, bu xidməti göstərməyə hazır olan Universitetlər yığışıb hökuməti, Təhsil Nazirliyi və DİM-i məhkəməyə vermək məsələsini nəzərdən keçirməlidir
 
4. Əgər yuxarıdakı bəndlərin heç birisi mümkün olmayacaqsa onda vəziyyət köhnə qaydada davam edəcək, ali təhsildə rəqabətli mühit formalaşmayacaq, yeni maliyyə mənbələri olmayacaq, universitetlər inkişaf üçün və beynəlxalq reytinqlərdə güclənmək üçün maraqlı olmayacaq, müasir çağırışlara cavab verən kadrlar hazırlanmayacaq və s.
 
Amma dərhal qeyd edim ki, 4-cü bənd ümumiyyətlə ağlabatan görsənmir.
Çünki 4-cü bəndin seçimi, bir müddət öncə 4-cü Sənaye İnqilabının çağırışları, bununla bağlı ölkəmizin müəyyən etdiyi hədəflər və qarşıda duran vəzifələrlə bağlı Prezidentin irəli sürdüyü fikirlərə zidd olardı.
 
Beləliklə, vəziyyətdən çıxış yolu, real görsənən yuxarıdakı üç variantdır. Hansı variantın seçiləcəyini də güman ki, yaxın vaxtlarda görəcəyik".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020
Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

17-01-2022
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

16-03-2020
Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

02-09-2022
Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
Distant təhsil forması rəsmiləşəcəkmi ?

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020
Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə irəliləməsinə nələr mane olur?

Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə irəliləməsinə nələr mane olur?

12-11-2022
Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022
Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021
Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

23-09-2019
“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020
Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020
Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

09-09-2021
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019
İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə