Previous Next
Bağla

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023 11:04
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Doğrudan blogersən? Təcavüzkarları YouTube da daxil olmaqla, Google xidməti hesablarına nə cəlb edir?

Xeberler.az bildirir ki, Kaspersky-nin məlumatına görə*, 2023-cü ilin yanvarında dünya üzrə istifadəçilər tərəfindən Google xidmətlərini imitasiya edən fişinq resurslarına giriş cəhdlərinin sayı 2022-ci ilin dekabr ayı ilə müqayisədə təxminən üç dəfə, yəni 189% artıb. Fevralın əvvəlində bu tendensiya davam edib. Fişinq səhifələri tez-tez hesab məlumatlarını ələ keçirmək üçün yaradılır ki, bu da təcavüzkarlara Google ekosistemindəki şəxsin bir neçə hesabına, məsələn, YouTube hesabına, sürətli giriş imkanı verə bilər.

Ümumilikdə, fırıldaqçılar populyar video hostinqdə oğurlanmış hesablardan məqsədlərinə çatmaq üçün bir meydança kimi istifadə edə bilərlər. İstifadəçilərin rastlaşdıqları saxtakarlıq sxeminin nümunəsi belə görünür: təcavüzkarlar məşhur blogerin hesabına daxil olur, onun fonunu və profil avatarını dəyişir, sonra isə öz videosunu yayımlamağa başlayır. Kaspersky mütəxəssislərinin diqqətini çəkən bu tip yayımlardan biri İlon Maskın adından istifadə edərək kriptovalyutalar mövzusuna həsr olunub. Təcavüzkarlar izləyiciləri ekranda göstərilən QR koda keçid etməyə inandırmağa çalışıblar. Xüsusilə, bu linklərdən birinin arxasında kriptovalyuta uduşunun keçirildiyi iddia edilən skam resursu** dayanıb. Belə saytlarda istifadəçilər pul və şəxsi məlumatlarını itirmək riski ilə üzləşirlər.

“Məşhur blogerlərin kanalları təcavüzkarlar üçün cəlbedici hədəfdir: onları “abunəçi ordusu” cəlb edir ki, bu eyni anda çoxlu sayda potensial qurbana çatmağa imkan verir. Biz hər kəsi - həm məşhur blogerləri, həm də onları izləyənləri hesablarının təhlükəsizliyi baxımından diqqətli olmağa çağırırıq. Güclü şifrələrdən istifadə edin, iki faktorlu autentifikasiya quraşdırın, fişinq saytlarına girişinizi əngəlləyəcək və zərərli proqramlara yoluxmamağınıza kömək edəcək təhlükəsizlik həllərini quraşdırın”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

* 1 dekabr 2022-ci ildən 6 fevral 2023-cü ilə qədər olan dövr üçün Kaspersky həllərinə edilən geridönüşlərə əsaslanan məlumatlar.

** Skam - istifadəçiyə səxavətli pul mükafatının təklif edildiyi onlayn fırıldaqçılıq növüdür. Bunu əldə etmək üçün onlardan adətən kiçik məbləğdə komissiya ödənişi tələb olunur. Həmin komissiya təcavüzkarların cibinə gedir, qurban isə əliboş qalır. İstifadəçi komissiyanı köçürmək üçün kartın məlumatlarını daxil edərsə, maliyyə təhlükəsizliyini də riskə atmış olur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə