“Elektron hökumət” portalı vətəndaşlara istifadəçi təlimatlarını təqdim edir

19-04-2015 / 18:13

“Elektron hökumət” portalının mütəxəssisləri tərəfindən bütün qurumların e-xidmətləri üzrə istifadəçi təlimatlarının hazırlanılmasına başlanılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Xəbərlər-ə verilən məlumata görə, təxminən 200-ə yaxın istifadəçi təlimatı hazırlanaraq portalda “e-xidmətlər” bölməsində yerləşdirilib. Bundan əlavə, bir sıra e-xidmətlərdən istifadə qaydaları haqqında hazırlanan video-təlimatlar da portalda yer alıb. Bu prosesin davam etdirilməsi və bütün e-xidmətlər üçün istifadəçi təlimatlarının və video-təlimatların hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub. Məqsəd vətəndaşların xidmətlərdən istifadə qaydaları ilə tanış olmaları, xidmətdən istifadə üçün zəruri biliklərin mənimsənilməsidir. Hazırda portaldakı 413 e-xidmət üzrə istifadəçi təlimatlarının hazırlanıb portalda yerləşdirilməsinə zərurət var.

Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq olunmuş bütün e-xidmətlər üzrə inzibati reqlamentlər hazırlanaraq təsdiq edilməlidir. İnzibati reqlamentlərdə elektron xidmətin adı, məzmunu, hüquqi əsası, digər icraçılar, elektron xidmətin göstərilməsinin nəticəsi, inzibatı prosedurlar və s. kimi məlumatlar öz əksini tapmaldır. Hazırda 254 e-xidmət üzrə inzibati reqlamentlər portalda yerləşdirilib və bu istiqamətdə dövlət qurumları ilə birgə iş davam etdirilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə