“Elektron hökumət” portalında daha bir yenilik

04-05-2016 / 13:04

Portaldakı statistik rəqəmləri real vaxt rejimində izləyə bilərsiniz.

"Elektron hökumət" portalı istifadəyə verildiyi tarixdən bu günədək təqdim olunan elektron xidmətlərə müraciət sayı 23 milyondan artıqdır.

Xeberler.az portala istinadən məlumat verir ki, artıq  bu statistik rəqəmi portala yerləşdirilmiş sayğac vasitəsi ilə hər bir vətəndaş real vaxt rejimində izləyə bilər.

Elektron xidmətlərdən bəhrələnən bu  istifadəçi dinamikası ölkəmizdə "Elektron hökumət" ideyasının sürətlə gerçəkləşməsini təsdiq edir. Portalın təqdim etdiyi  424 sosial xidmət, 12 elektron arayış, 250 növ  ödəmələri özündə birləşdirən elektron ödənişlər sistemi və bank xidmətlərindən  istifadə sayının saniyələrlə artdığını sayğac vasitəsilə müşahidə etmək mümkündür.

"Elektron hökumət"i meydana gətirən təməl ünsürləri dövlət qurumlarının, təşkilatların elektronlaşması ilə yanaşı, vətəndaşların da "elektronlaşmasıdır".

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə