Əli Abbasov : “Aztelekom”un qiyməti 1 milyard dollardan çoxdur”

15-02-2011 / 22:23
“Əsas məqsədimiz 2020-2025-ci illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində gəlirlərin neft sektorundan əldə olunan gəlirlər səviyyəsinə çatması, gələcəkdə isə neft gəlirlərini üstələməsidir”.

Xeberler.az portalının  
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bunu “RBK daily” qəzetinə müsahibəsində söyləyib. 

Əli Abbasov “Aztelekom” və “Baktelekom” şirkətlərinin də özəlləşdiriləcəyini söyləyib: “Artıq 2011-ci ildə Açıq Səhmdar Cəmiyyət yaradılacaq və 2012-ci ildən biz səhmləri bazara çıxaracağıq. Sərmayəçilər ciddi və məsuliyyətli olmalıdırlar. Sərmayəçilər perspektivdə şəbəkə və xidmətlərin səviyyəsini bütün ölkə ərazisində eyni səviyyədə inkişaf etdirməli, hər hansı regionu, xüsusilə kənd yerlərini kənarda qoymamalıdırlar. Artıq bununla maraqlanan çoxlu sayda şirkətlər var. Rusiya şirkətləri də bu sıradadır”. 

Əli Abbasov “Aztelekom”un qiymətini də açıqlayıb: “Hələ dəqiq söyləmək çətindir. Ancaq fikirləşirəm ki, “Aztelekom”un qiyməti 1 milyard dollardan az deyil”. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə