“Google Glass” emosiyaları təyin edəcək

12-03-2014 / 10:43
ABŞ-ın “Emotient” şirkəti “Google Glass” eynəyi üçün “Sentiment Analysis” tətbiqini çıxarıb. “TechCrunch” nəşri yazır ki, proqram eynək sahibinin ətrafında olan insanların sifətindəki emosiyaları müəyyən edir.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tətbiqin işi eynəyə quraşdırılmış kameraya əsaslanır. Proqram şəkilləri emal edərək insanların sifətini təyin edir, daha sonra üz əzələlərinin vəziyyətini təhlil edərək bu məlumatlar əsasında nəticə çıxarır.
 
Tətbiq ümumi əhval-ruhiyyəni, əsas və mürəkkəb emosiyaları müəyyən etmək qabiliyyətinə malikdir. Tərtibatçılar əsas emosiyalara, məsələn, sevinc və ya qorxu, mürəkkəbə isə məyusluq və özünü itirmə hisslərini aid edirlər.
 
“Sentiment Analysis” tətbiqi emosiyaların təyinindən başqa, cinsləri də ayırır. Gələcəkdə proqram insanların təxmini yaşını və etnik mənsubiyyətini təyin edə biləcək.
 
“Google Glass” smart eynəyi 2013-cü ildə çıxarılıb. Qurğu hələ ki açıq satışa çıxarılmayıb. Eynək hərəkət zamanı foto və video çəkməyə icazə verir, həmçinin informasiyanı ekranda göstərir. (ICTnews)

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.