Previous Next
Bağla

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016 14:16
“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

“Dünyada İKT üzrə ən qabaqcıl biliklərin əldə olunması və cəmiyyətə ötürülməsi institutun əsas hədəflərindəndir”.

Xeberler.az-ın məlumatına görə, bu fikirləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Elmi Şuranın iclasında çıxışı zamanı səsləndirib.

Alim rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinin günü-gündən genişləndiyini, prioritet elmi istiqamətlərdə araşdırmaların aparıldığını qeyd edib.

“Dünyada İKT üzrə ən qabaqcıl biliklərin əldə olunması və cəmiyyətə ötürülməsi institutun əsas hədəflərindəndir”, – deyə bildirən alim bu məqsədlə elmə həvəsi olan gənc kadrların quruma cəlb olunmasının vacib məsələlərdən olduğunu deyib.  

R.Əliquliyev institutun fəaliyyəti – burada həyata keçirilən innovativ layihələr və əldə olunan mühüm elmi nəticələrin kütləvi informasiya vasitələrində təbliğinin zəruriliyini vurğulayıb. Eyni zamanda institut əməkdaşlarını İKT sahəsində keçirilən ölkədaxili və beynəlxalq konfranslarda, seminar və treyninqlərdə fəal iştirak etməyə, öz biliklərini ictimaiyyətlə bölüşməyə çağırıb.

Alim son zamanlarda elm sahəsində plagiatlıqla bağlı ciddi problemlərin mövcud olduğunu qeyd edərək, bu kimi halların qarşısının alınması, elmi tədqiqatların beynəlxalq tələblərə uyğun və şəffaf şəkildə aparılması məqsədilə mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, “Elm haqqında” Qanunda da plagiat və piratçılıqla mübarizə məsələlərinə xüsusi diqqət yetirilmişdir.

İKT üzrə yeni elmi istiqamətlərin hər zaman institutun diqqət mərkəzində olduğunu vurğulayan akademik proqram mühəndisliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı tövsiyyələrini səsləndirib.

R.Əliquliyev, həmçinin elmi araşdırmaların səmərəli şəkildə aparılması və mühüm nəticələrin əldə olunması üçün müasir dövrün ən böyük tələblərindən olan ingilis dilini öyrənməyin önəmini xüsusi qeyd edib. Bu məqsədlə institutda dil kurslarının təşkili və əməkdaşların bu kurslarda fəal iştirakının vacibliyini önə çəkib.

 

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Təhsildə İKT-nin tətbiqi ilə bağlı kadrlar yetişdirilməlidir”

17-01-2017

İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurası yaradıldı

23-05-2018

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

Avropa təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir

17-07-2020

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016

““Əşyaların İnterneti” inqilabi dəyişikliklərə səbəb olur”

28-09-2016

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

24-05-2016

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

13-11-2025

Azərbaycan alimlərinin İKT-dəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilib

30-12-2025

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə