“Əşyaların interneti”ni tətbiq etmək üçün komitə yaradılıb

15-09-2015 / 12:44

"Əşyaların İnterneti" ilə bağlı aparat və proqram platformlarının qiymətləndirilməsi üçün standart sahə testlərinin işlənib hazırlanması ilə məşğul olacaq TPC-IoT komitəsi formalaşdırılıb.

Xeberler.az-ın məlumatına əsasən, komitənin əsas məqsədi "əşyaların interneti" ilə bağlı aparat və proqram platformalarının qiymətləndirilməsi üçün standart sahə testlərinin işlənib hazırlanmasından ibarətdir.

Ötən 25 il ərzində Tranzaksiyaların Emal Məhsuldarlığının Ölçülməsi Şurası (Transaction Processing Performance Council, TPC) əsasən aktual texnoloji meyllərə uyğun olan bir sıra standart test hazırlayıb.

Sözügedən standartlar verilənlər bazaları, serverlər və verilənlərin saxlanılması sistemlərinə aid bir sıra texnologiyaların işlənib hazırlanması və inkişafı üçün mühüm stimula çevriliblər.

Yaxın on il ərzində böyük verilənlər (BigData) və "əşyaların interneti" (Internetofthings, IoT) kimi texnologiyaların təsiri altında isə bütün dünya dəyişəcək.

Böyük verilənlərin emalı üçün xidmət göstərən texnologiyalar və servislər üzrə çoxmilyardlı dünya bazarı ən sürətlə inkişaf edən bazarlar arasındadır. 2020-ci ilə qədər bu bazarın həcmi 60 milyard ABŞ dolları təşkil edəcək, onunla bilavasitə və dolayısıyla bağlı dünya İT-xərclərinin həcmi isə 300 milyarda qədər artacaq.

Bunu əvvəlcədən proqnozlaşdıran Tranzaksiyaların Emal Məhsuldarlığının Ölçülməsi Şurası yeni TPCExpressBenchmarkHS (TPCx-HS) adlı test hazırladı. Bu test böyük verilənlərlə işləyən proqram və aparat sistemləri üçün qiymət-məhsuldarlıq və məhsuldarlıq və əlçatmılıq metrikaları nisbətinin yoxlanıla bilən göstəricilərini əldə etməyə imkan verir. Yeni standart geniş sayda sistem texnologiyalarını və Hadoop-sistemlərini texniki cəhətdən ciddi və vendordan neytral şəkildə müqayisə etməyə imkan verir.

Qeyd edək ki, bu, Hadoop və TPC-BigBench sistemlərini dəstəkləyən TPC-DS kimi yeni standartların hazırlanması çərçivəsində ilk iri TCP layihəsidir.

Bir neçə il əvvəl "əşyaların interneti" verilənlərin toplanması və nəzarəti üçün mürəkkəb texnologiya və məhsul dəstlərinin, həmçinin daim sayı artan qoşulmuş cihazlardan əldə edilən verilənlərin emalının kompleks analitikasının mövcud olduğu bazarın, demək olar ki, bütün iri seqmentlərini dəyişəcəyini vəd verir. 2014-cü ildə dünyada yalnız 16 ölkənin 1 trilyon ABŞ dollarını keçən ÜDM-i var idi.

İDC-nin məlumatlarına əsasən, 2014-2020-ci illərdə qlobal "əşyaların interneti" bazarı 665 milyard ABŞ dollardan 1,7 trilyon ABŞ dollaradək artacaq.

IoT-ekosistemlərinin genişlənməsi şəraitində effektiv və vendor və texnologiyalardan neytral şəkildə aparat və proqram sistemlərini və topologiyaları müqayisə etməyə imkan verən standartların mövcudluğu çox zəruridir. Sahə üçün çox mühüm olan standartlar üzərində işi davam etdirərək TPC TPC-IoT komitəsini formalaşdırdı. Həmin komitənin əsas məqsədi "əşyaların interneti" ilə bağlı aparat və proqram platformalarının qiymətləndirilməsi üçün standart sahə testlərinin işlənib hazırlanmasından ibarətdir.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə