“Əşyalar interneti” platformaların sayı 450-yə çatıb

03-07-2017 / 14:47

Dünyada “Əşyalar interneti” (IoT) texnologiyaları üçün platformaların sayı 450-yə çatıb.

Xeberler.az NRYT-nin elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu barədə IoT Analytics şirkətinin hesabatında deyilir.

Ötən illə müqayisədə onların sayında 25 faiz artım qeydə alınıb.

Tədqiqatçılar IoT”platformalar bazarını ümumilikdə 13 vertikal seqmentə bölüblər. “Əşyalar interneti” üçün platforma həlləri hazırlayan şirkətlərin əksəriyyəti sənayedə (32 faiz), “ağıllı” şəhərlərdə  (21 faiz) və “ağıllı” evlər üçün həllərdə (21 faiz) cəmləşib. Ötənilki tədqiqatda “ağıllı” evlər seqmenti lider olsa da, hazırda vəziyyət dəyişib.

Tədqiqatda 40 ölkənin dörd yüz əlli platforması haqqında məlumatın göstərilməsinə baxmayaraq onların yarısından çoxu ABŞ şirkətləri tərəfindən hazırlanır. Bundan başqa, hazırda bazarın dinamik inkişaf etməsi səbəbindən əksər oyunçular bazara tez daxil olduqları kimi, tez də tərk edirlər: ötən il ərzində analitiklər tərəfindən 30 oyunçunun bazarı tərk etməsi qeydə alınıb.

Qeyd edək ki, IoT bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə