“Əşyaların İnterneti” bazarında ən nüfuzlu şirkətlər hansılardır?

28-12-2015 / 23:47

IoT Analytics mütəxəssisləri tərəfindən 2015-ci ilin ikinci yarısında aparılmış tədqiqatın nəticəsinə əsasən, “Əşyaların İnterneti” bazarının (Internet of Things, IoT) ən nüfuzlu şirkətlərinin reytinqinə tanınmış mikroçip istehsalçısı Intel liderlik edir.

Xeberler.az xarici mətbuata istinadən məlumat  verir ki,  digər pillələrdə IBM, Microsoft, Google və Cisco şirkətləri yer alıb.

Cənubi Koreyanın Samsung və LG şirkətləri isə 9 və 11-ci sıralardadır.

IoT Analytics-in hesabatında bildirilib ki, Amerika şirkətləri ilk yeddi pillədə qərarlaşsa da, digər ölkələrin şirkətləri də getdikcə irəliləyir.

Bu, ilk növbədə reytinqə yenicə daxil olan Asiya şirkətlərinə aiddir. Belə ki, Yaponiyanın NEC şirkəti siyahıda 16-cı, Çinin Huawei  şirkəti isə 18-cidir.

Qeyd edək ki, siyahıda veb-saytlar və sosial şəbəkələrdə ən çox adı çəkilən brendlər yer alıb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə