Facebook hesabı olmayan şəxsləri də təqib edir

08-04-2015 / 10:46

Belçika Gizlilik Komissiyası (PBC), Facebookda hesabını bağlayanlar hətta sayta heç üzv olmayanların belə təqib edildiyini açıqladı. Bu səbəblə Avropa Birliyi qanunlarını heçə sayan Facebook böyük problemlərlə qarşılaşa bilər. Peykdə yer alan xəbərə görə PBC, Facebookun "izləmə funksiyalarıyla" bütün internet istifadəçilərini yeddi gün 24 saat izlədiyini açıqlayıb. PBC-nin hesabatında kompüter istifadəçilərinin Facebook tərəfindən istəkləri xaricində təqibə alındığı vurğulanır. Facebookun bunu etmək üçün milyonlarla sayta yerləşdirdiyi funksiyalar və ən azı 13 milyon saytda istifadəçilərin qarşısına çıxan "Bəyəndim" düymələrindən istifadə hesabatda ətraflı olaraq izah edilir.

 Avropa Birliyi qanunlarına görə, internet saytlarının əlavələri kompüterə yüklənməzdən əvvəl istifadəçi tərəfindən mütləq təsdiq olunması lazımdır. Bunu etməyən saytlar Avropa Birliyinin hüququnu pozmuş sayılır və müxtəlif cinayət sanksiyalarıyla qarşılaşa bilərlər.

PBC-nin bu hesabatından sonra ingilis Guardian qəzetinə bir e-poçt göndərərək şərh edən Facebook, hesabatda həqiqətlərə uyğun olmayan məlumatlar olduğunu iddia edərək ittihamları rədd etdi.

                                                                                          Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə