Previous Next
Bağla

Fond sosial media vasitəsilə müraciətləri həmin dəqiqə cavablandırır

23-11-2015 15:37
Fond sosial media vasitəsilə müraciətləri həmin dəqiqə cavablandırır

Əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətini yüksəltmək, vətəndaşlarla informasiya münasibətlərini daha çevik və effektiv qurmaq məqsədilə şirkətlərlə bərabər bir sıra dövlət qurumları da sosial mediada aktivlik göstərir.

Son dövrlərdə dövlət qurumları öz elektron xidmətlərini, ümumiyyətlə, göstərdikləri fəaliyyətləri daha geniş kütləyə operativ çatdırmaq üçün sosial medianın imkanlarından geniş istifadə edir.

Müşahidələrimiz göstərir ki, artıq bəzi dövlət qurumları rəsmi saytları ilə yanaşı, sosial şəbəkələrdə də aktivliklərini artırıblar. Belə ki, qurumlar operativ fəaliyyət göstərmək, vətəndaşların suallarını birbaşa cavablamaq üçün ölkədə populyar olan Facebook sosial şəbəkəsində öz rəsmi səhifələrini yaradaraq xidmət göstərirlər.

Bu yaxınlarda ASAN xidmət-in səhifəsinin Facebook tərəfindən birbaşa rəsmi şəkildə təsdiq edilməsi onu göstərir ki, həqiqətən də dövlət qurumları bu məsələyə ciddi yanaşıb, vətandaşlara sosial şəbəkə üzərindən də səmərəli xidmət etməyə cəhd göstərirlər.

Həmçinin Vergilər Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, “Elektron Hökumət”  portalının, Təhsil Nazirliyinin, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın,  Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin  rəsmi Facebook səhifələrində də aktivlik müşahidə olunur.  

Son zamanlarda bu sahədə aktivliyi  ilə seçilən qurumlardan biri də RYTN tabeliyində  İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondudur.

Xeberler.az-ın məlumatına görə, bu qurum müsabiqələrlə bağlı , həyata keçirdiyi tədbirlərlə, qrantların verilməsi qaydaları və digər sualların operativ cavablandırılması üçün Facebook-un imkanlarından yetərincə faydalanmağa çalışır.

Məlumdur ki, hazırda Fond  tərəfindən elan edilmiş 3-cu qrant müsabiqəsinə təqdim edilmiş layihələrin qiymətləndirilməsi həyata keçirilir.

Bu məqamda da  vətəndaşların çoxsaylı sualları Fondun rəsmi Facebook səhifəsindən birbaşa cavablandırılır.

Belə ki,  dövlət qurumunun  Facebook səhifəsində vətəndaşın sualına cavab vermək üçün müddət bir neçə dəqiqə göstərilib. Yəni, bu o deməkdir ki, sizin müraciətiniz bir neçə dəqiqə ərzində cavablandırılmış olacaq.

 Fondunun rəsmi Facebook səhifəsinin sol tərəfdə yuxarı küncündə “mesajlara cavab vermə faizi yüksəkdir” işarəsi yerləşdirilib ki, üzərinə klik edən zaman mesaj göndərmək üçün pəncərə açılır. Və bir neçə dəqiqə ərzində İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondu sizin bütün suallarınıza cavab  verir.

Qeyd edək ki, bu funksiya  ilk dəfə məhz İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fonduun Facebook  səhifəsində istifadəyə verilib. Digər dövlət qurumlarının səhifələrində belə xidmət və cavablandırma müddətinin dəqiqələrlə olduğu  müşahidə edilmir.

İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər  Abbasov Xeberler.az-a bildirib ki, Fondun Facebook səhifəsində sualların cavablandırılması üçün Layihələrlə İş sektorundan 3 işçisi və Sahibkarlığın İnkişafı sektorundan bir əməkdaş bu işə cəlb edilib.

Onun sözlərinə görə, hazırda müsabiqə  ilə bağlı  Fond tərəfindən fəaliyyətlər davam etdiyi üçün Fondun Facebook səhifəsinə çoxlu sayda müraciətlər daxil olur və bu suallar Fondun işçiləri tərəfindən operativ  cavablandırılır:

“Həftə içində səhifəmizə 50 -60 sual daxil olursa , həftə sonu sualların sayı nisbətən az olur. Baxmayaraq ki, dövlət qurumları həftə sonlarında fəaliyyət göstərmir, lakin biz  müasir informasiya texnologiyalarının inkanlarından geniş istifadə etməklə məsələni qısa zamanda həll edirik”.

Əkbər Abbasov qeyd edib ki, hətta   Fondla  bağlı öz şəxsi  mobil cihazlarına daxil olan müraciət bildirişlərini də  istirahətdə olsalar belə dərhal cavablandırmağa çalışırlar:

“Əsas məqsəd bütün müraciətləri operativ cavablandırmaq yox, müraciətlərə dəqiq cavab verməkdir. İş saatının 18:00-a kimi olmasına baxmayaraq  İT sahəsində çalışanların gecə daha aktiv olduğunu nəzərə alıb  axşam saatlarında daxil olan müraciətlərə işçilərimiz tərəfindən nəzarət edilir”.

Fondun  Facebook səhifəsini 2 mindən çox  istifadəçi bəyənib.

 

Sevinc Çəltikova 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DİN sosial mediada fəaliyyətini gücləndirir

06-04-2015

Azercell-dən növbəti uğur

30-10-2017

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

15-05-2017

Azercell bir daha sosial şəbəkələrdə lider oldu

04-08-2016

Facebook Müdafiə Nazirliyinin səhifəsini rəsmən tanıdı

20-04-2016

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

27-01-2017

Qrant müsabiqəsinin ilkin mərhələsindən 103 layihə keçib

08-12-2015

Azercell Facebook-da birinci oldu

13-03-2015

Azercell Socially Devoted sertifikatına layiq görülüb

20-07-2018

Nar sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir

19-02-2019

Nar Facebook səhifəsinə daxil olan müraciətləri 100 faiz cavablandırıb

15-05-2019

"Elektron hökumət" portalı istifadəçiləri sosial şəbəkələrdə digər dövlət qurumlarını geridə qoyub

20-11-2013

“Azərbaycan Sənaye Bankı” artıq “Facebook”da

30-09-2010

Xaricdə yaşayan vətəndaşların müraciəti operativ cavablandırılır

27-08-2015

Prezidentin “Facebook” səhifəsində “İKT ili” ilə bağlı suallar cavablandırılacaq

06-06-2013

Dövlət Sosial Müdafiə Fondu Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimat keçirmişdir

14-05-2014

«Facebook» «Google»ni geridə qoydu

19-09-2010

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi canlı yayıma start verir

09-10-2019

Azercell sosial mediada liderliyini qoruyur

25-08-2017

“Nar” Çağrı Mərkəzinə daxil olmuş sorğuların 93 faizi ilk zəngdən öz həllini tapıb

01-09-2021

Bakcell növbəti beynəlxalq sertifikata layiq görülüb

20-06-2018

Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

15-09-2016

İnstagram Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

05-01-2019

Dövlət qurumlarının sosial şəbəkə hesabları araşdırıldı

27-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə