Samsung-un Bakı nümayəndəliyinin Boulevard Hotel Baku-da Galaxy S8 və Galaxy S8+ smartfonlarının təqdimatı keçirilib.
Nümayəndəlikdən Xeberler.az-a verilən məlumata görə, mayın 5-dən rəsmi satışa çıxarılacaq Galaxy S8-in qiyməti 1599, Galaxy S8+ modelin qiyməti isə 1799 AZN olacaq.
Qeyd edilib ki, İrshad Electronics rəsmi distributor olaraq Samsung-un məhsullarının Azərbaycandan topdan satışını təmin etsin deyə bir neçə ay əvvəl Samsung Electronics-lə birgə müqavilə imzalanıb.
Məlumata görə, 15-28 aprel tarixləri ərzində 50 AZN ödəməklə öncədən sifariş etmək və sonsuz yaddaşı olan MicroSD kartını hədiyyə qazanmaq olar (toplam yaddaş - 192 GB).
Öncədən sifarişi rəsmi distribütorlar olan Baku Electonics (http://www.bakuelectronics.az/), İntegral (http://bit.ly/2oOnhc7), İrşad Telekom (https://irtelecom.az/s8/preorder), Kontakt Home (https://kontakt.az/) və Soliton (http://www.soliton.az/mobile/mobile/) mağazalarında etmək mümkündür.
Belə ki, rəsmi satışdan bir həftə əvvəl siz smartfona aprelin 29-dan sahib olacaqsınız. Amma təkcə bu deyil. Əlavə olaraq 64 Gb-a daxili yaddaşa malik smartfonla yanaşı əlavə olaraq 128 Gb həcmində “Samsung MicroSD” kartı hədiyyə də verilir. Kampaniya aprelin 28-dək davam edəcək, smartfonların sayı isə məhduddur.
Galaxy S8 və Galaxy S8+ smartfonları yüksək təhlükəsizlik xüsusiyyətlərinə malikdir. Belə ki, mobil telefonların göz skaneri (IRIS Scanner) ilə yanaşı, həm də barmaq izi skaneri və üz tanıma kimi təhlükəsizlik üsulları mövcuddur ki, bu da istifadəçilərin məlumatlarının təhlükəsizliyinin mükəmməl qorunması deməkdir. Smartfonun əsas kamerası Dual Pixel və Multi Frame texnologiyasına malikdir. Bu isə o deməkdir ki, kamera hərəkətdə olan və zəif işıqlanan obyektlərin bir neçə şəkilini çəkir, vahid bir şəklə birləşdirir, nəticədə şəkillər aydın və parlaq alınır. Həmçinin ön kamera avtofokusla təchiz olunub. Bundan başqa, Galaxy S8 və Galaxy S8+ həm də yeni, iki xətli, yüksək keyfiyyətli AKG qulaqcıqları ilə təmin edilib.
Bundan başqa, smartfonlar su və tozdan İP68 standartı ilə qorunur (30 dəqiqə ərzində, şirin suda, 1,5 m dərinliyində).
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri