Previous Next
Bağla

GRENA-nın yubileyi münasibətilə tədbir keçirilib

18-09-2019 12:08
GRENA-nın yubileyi münasibətilə tədbir keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Elm və Təhsil Şəbəkəsinin (GRENA) yaradılmasının 20-ci ildönümünə həsr edilən təntənəli yubiley tədbiri keçirilib.

Xeberler.az bildirir ki, Yubiley tədbirində ölkəmizi İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və İnstitutun baş mütəxəssisi Tural Mustafayev təmsil ediblər.

Səfər çərçivəsində GRENA-nın icraçı direktoru, professor Ramaz Kvatadze ilə görüşən B.Nəbiyev və T.Mustafayev AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin və İTİ-nin kollektivinin yubiley təbrikini çatdırıblar.

Görüşdə AzScienceNetlə əməkdaşlıqdan məmnunluğunu ifadə edən R.Kvatadze, Gürcüstanla Azərbaycan arasında hər bir sahədə olduğu kimi, elm və təhsil sahəsində də ikitərəfli əlaqələrin gündən-günə inkişaf etdiyini vurğulayıb.

Sonda professor Ramaz Kvatadzeyə GRENA-nın 20 illik yubileyi münasibətilə Azərbaycan mədəniyyətini və tarixini özündə əks etdirən hədiyyələr təqdim olunub.

Daha sonra təntənəli yubiley tədbiri keçirilib. Tədbirdə çıxış edən Babək Nəbiyev deyib: “Geniş GEANT ailəsinin üzvlərindən olan AzScienceNet və GRENA demək olar ki, eyni illərdə – ötən əsrin 90-cı illərinin əvvəllərində yaranıb. Artıq uzun müddətdir ki, Azərbaycan və Gürcüstan Elm Kompüter Şəbəkələri arasında münasibətlər yüksələn xətt üzrə davam edir. 2015-ci ildə həyata keçirilən EapConnect (Eastern Partnership Connect) layihəsi bu münasibətlərin daha da genişlənməsinə zəmin yaradıb”.

Qeyd edək ki, yubiley tədbiri qonaqların şərəfinə təşkil olunan ziyafət, həmçinin konsert proqramı ilə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzScienceNet” Mərkəzi Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub

18-10-2024

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq müzakirə olunub

02-07-2025

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

İnformasiya Texnologiyaları İnstitutu ilə GEANT arasında fikir mübadiləsi aparılıb

30-06-2025

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

24-06-2025

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025

18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

20-09-2019

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Akademik: Yüksəkixtisaslı mühəndis kadrların hazırlanması zəruridir

24-12-2025

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21-11-2013

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə