GoldenPay/Hesab.az şirkəti gənc nəslin maarifləndirilməsi məqsədilə 19 Oktyabr – 5 Noyabr aralığında “E-Bacarıqlar” adlı layihə keçirdi. Azərbaycanda onlayn ödənişlər sahəsində lider olan şirkət, gənclərin bu sahə haqqında məlumatlı olmalarının əhəmiyyətini vurğulayaraq mütəmadi olaraq müxtəlif təlim və seminarlar keçirir.
Bu layihə çərçivəsində Asan Könüllüləri, SABAH qrupu və ADA Universitetinin tələbələrinə “E-Bacarıqlar” adlı silsilə təlimlər həyata keçirildi. Ümumilikdə 300 nəfərə yaxın iştirakçının qatıldığı seminarlarda şirkət əməkdaşları tərəfindən “Kiber Təhlükəsizlik: Virtual aləmdə necə davranmalıyıq?!”, “Layihələrin idarə edilməsi”, “Fərdi İnkişaf Strategiyası”, “Proqramlaşdırma texnologiyaları və sistem dizayn”, “UI/UX Dizayn nədir?”, “İnformasiya sistemlərinin strukturu və qurulması”, “React JS nədir?” mövzularına toxunuldu və təlim iştirakçılarının sualları cavablandırıldı.
Layihənin əsas məqsədi gəncləri məlumatlandırmaq və onlara praktiki biliklər ötürmək, həmçinin gələcək peşə seçimlərində istiqamətləndirmək olmuşdur. Təlim sonrası bütün iştirakçılar sertifikatla təltif edilmişdir.
Qeyd edək ki, GoldenPay/Hesab.az gələcəkdə də oflayn, yaxud onlayn formada təlimlər keçirməyi planlaşdırır.
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri