Google “ağıllı ev” sisteminin əsasını təqdim edib

19-08-2015 / 17:14

ABŞ-ın Google şirkətinin təqdim etdiyi OnHub marşrutlayıcısı ona qoşulmuş ev elektron cihazları ilə qarşılıqlı əlaqədə ola biləcək.

Xəbərlər-in verdiyi məlumata görə, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilir.

iOS və Android mobil platformaları ilə işləyən smartfonlar üçün hazırlanmış Google On proqramının köməyi ilə qurğunu idarə etmək olar. Marşrutlayıcı müxtəlif qurğuların internet qoşulmanın buraxılış qabiliyyəti üzrə tələbatını qiymətləndirmək qabiliyyətinə malikdir.

OnHub marşrutlayıcısı şəbəkə resurslarının daimi monitorinqini həyata keçirir ki, istehlakçı üçün informasiyanın ötürülməsi və qəbulu üçün ən yaxşı kanal tapsın", - deyə şirkətin nümayəndəsi bildirib. O qeyd edib ki, əgər ailə axınlı video izləyirsə, o zaman bütün mövcud resurslar davamlı siqnalın təmininə yönəlir.

Router 13 antenadan ibarətdir. TP-Link şirkəti ilə birgə hazırlanmış yeni marşrutlayıcı ABŞ-da 200 dollara ilkin sifariş üçün əlçatandır. Qurğu yaxın vaxtlar başqa ölkələrdə də satışa çıxarılacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə