ABŞ-ın Kornell Universitetinin alimləri insanın toxunma hissini təqlid edən mexaniki əli nümayiş etdiriblər.
Əl müxtəlif əşyaları səliqə ilə götürmək və sıxmaq, həmçinin onların tekstur və formasını müəyyənləşdirmək imkanına malikdir.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Gentle Bot adlı avtomatlaşdırılmış əl əşyaların möhkəmliyini maksimum dəqiq hiss etməyə bacarıqlıdır. Məsələn, o, pomidorlara toxunaraq onlardan hansının yetişdiyini müəyyən edə bilir.
İstehsalçıların sözlərinə görə, Gentle Bot digər mexaniki əllərdən işığı keçirən yumşaq materiallardan hazırlanması ilə fərqlənir. Qurğu barmaqlarda yerləşdirilmiş optik tənzimləyicilərlə təchiz edilmişdir.
Mütəxəssislərin fikrincə, belə texnologiya təkmilləşdirilmiş robotlarla yanaşı, həm də daha yaxşı protezlər hazırlamağa imkan verəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri