Mətbuat Şurası fəaliyyət göstərməyən kütləvi informasiya vasitələrinin qeydiyyatının ləğvi üçün ilin sonuna qədər Ədliyyə Nazirliyinə müraciət edəcək.
\"İndi ölkədə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq daimi fəaliyyət göstərən qəzetlərin sayı 500-ə yaxındır\", - deyə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Amaşovun sözlərinə görə, daimi fəaliyyət göstərən qəzetlərin 30-u gündəlik çap olunur. \"50-dən çoxu həftəlik qəzetlərdir. Qalanları müvafiq vaxtlarda çap olunur, təxminən yüzə qədəri isə uzun müddətdir fəaliyyət göstərmir\", - şura sədri əlavə eidb.
Şura sədri deyib ki, hazırda qeydiyyatdan keçən bütün kütləvi informasiya vasitələri ilə bağlı ciddi araşdırmalar aparılır. \"Biz ilk növbədə həmin KİV-lərin son iki ildə fəaliyyət göstərib-göstərmədiyini dəqiqləşdirməliyik. Bunun üçün nəşriyyatlarda və mətbəələrdə araşdırmalar aparılmasına ehtiyac var. Fikrimcə, prosesi ilin sonuna qədər yekunlaşdıra biləcəyik\", - Amaşov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.Trend
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri