“Elektron Hərrac Portalı” ilə 140 əmlak realizə edilib

13-06-2025 / 16:04

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı məqsədilə ötən ilin sonunda Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilmiş “Elektron Hərrac Portalı” vasitəsilə 6 ay ərzində ümumi dəyəri 100,000,000 AZN-dək olan 140 əmlak realizə edilib (satışı və ya ipoteka saxlayana təklif edilməsi).

Xeberler.az bildirir ki, nəticədə məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı uğurlu nəticələr əldə olunub.

Tam rəqəmsal formada həyata keçirilən hərraclarda ümumilikdə 308 fiziki və hüquqi şəxs iştirak edib. 

Hazırda Portalda elan mərhələsində 58, davam edən isə 47 hərrac mövcuddur. Bu hərraclarda iştirak imkanları hər kəs üçün bərabər və əlçatandır. Qanunvericiliyə əsasən elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və Portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə bilərlər.

Elektron hərracın keçirilməsi qaydası, portaldan istifadəyə dair təlimat və hərrac elanları ilə Portalın saytı və sosial şəbəkə hesablarında tanış olmaq mümkündür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə