HP şirkətinin meneceri: “Bu, əhalinin yeni texnologiyalara olan marağının artmasından xəbər verir”
Cari ilin birinci yarımilliyində Azərbaycanda noutbuk bazarının davamlı inkişafı müşahidə olunur. Bu haqda HP şirkətinin biznes inkişafı üzrə meneceri Rasim Bəxşi bildirib.
Onun sözlərinə görə, ən çox artım qiyməti 500-700 AZN olan noutbukların payına düşür.
O, qeyd edib ki, bu qiymət seqmentinə daxil olan noutbuklar əsas istifadəçilər qrupunun tələblərini ödəyə biləcək zəruri texniki göstəricilərə malikdir.
İKT İnformasiya Mərkəzinin verdiyi məlumatlara əsasən, əhalinin təxminən 80%-ı həmin qiymət seqmentinə daxil olan kompüter və noutbuklara üstünlük verir.
R. Bəxşi qeyd edbi ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkətləri tərəfindən həyata keçirilən “Xalq Kompüteri” layihəsi çərçivəsində müəllimlərə də tələbatda olan noutbuklar - HP Compaq 6730s T1600 və HP Compaq 6730s T4200 - təqdim olunur.
Ümumiyyətlə, Azərbaycan bazarında HP-nin məhsulları arasında ən çox tələbat 6000-ci seriya noutbuklarınadır.
R. Bəxşi qeyd edib ki, Azərbaycanda müşahidə olunan noutbukların satış həcminin ikiqat artımı əhalinin yeni texnologiyalara olan marağının artmasından xəbər verir. Bundan əlavə, Azərbaycanda kompüter parkının artması “rəqəmsal bərabərsizliyin” aradan qaldırılmasına birbaşa təsir edir ki, bu da ölkədə infomasiya cəmiyyətinin inkişafı üçün əsas məsələlərdəndir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri