“IDDA Awards”ın mükafatlandırma mərasimi keçirilib

17-12-2025 / 19:13

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə dekabrın 17-də Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Xeberler.az bildirir ki, bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə ümumilikdə 162 müraciət daxil olub. Onlardan 119 müraciət ictimai səsvermə mərhələsinə keçib və sonda hər nominasiya üzrə 5 finalçı münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirin rəsmi hissəsində İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli, eləcə də İnvestisiya və miqyaslaşma şöbəsinin müdiri Ağahüseyn Əhmədov çıxış edərək ölkədə innovasiya və rəqəmsal transformasiya sahəsində görülən işlər, ekosistemin inkişaf perspektivləri və “IDDA Awards”un bu prosesdə rolu barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, “IDDA Awards” Azərbaycanda innovasiyaların təşviqinə, startaplar tərəfindən yaradılan qabaqcıl texnoloji həllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqinin stimullaşdırılmasına xidmət edən mühüm platformadır. Müsabiqə iştirak edən və xüsusilə də qalib olan layihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yeni tərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə