Nazirliyin sistemi “İlin Rəqəmsal Layihəsi” seçildi

15-12-2022 / 12:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" Altsistemi (ƏMAS) “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə qalib elan edilib.

Xeberler.az bildirir ki, Müsabiqə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil edilib.

Ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edənlər arasında rəqabət mühiti yaratmaq məqsədinə xidmət edən müsabiqə 8 nominasiya üzrə keçirilib və  qaliblər müəyyən edilib. 

“PAŞA Holding”in təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən İllik İnnovasiya Sammiti çərçivəsində qaliblərə mükafatlar və xatirə hədiyyələri təqdim edilib. 

Bu ilin may ayında istifadəyə verilən, vahid əmək münasibətləri platforması olan ƏMAS mühüm innovativ yenilik olaraq rəqəmsal kadr uçotu sisteminin yaradılmasını, işəgötürənlər və işə qəbul olunanlar üçün yeni ciddi dəstək mexanizminin formalaşmasını təmin edir. 

Həmin altsistem əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanmasına, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsinə imkan yaradır. Əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsinə xidmət edir.

Sentyabrın 21-də start götürən müsabiqədə iştirakçılar ilkin mərhələdə ictimai səsvermədə səs toplayaraq jüri dəyərləndirməsi mərhələsinə vəsiqə qazanıblar.   

“IDDA Awards”ın münsiflər heyətinin nümayəndələri arasında BMT-nin İnkişaf Proqramının Akselerasiya Laboratoriyasının nümayəndəsi Leyla Seyidzadə, “Azercell” şirkətinin rəqəmsal həllər üzrə rəhbəri Svetlana Ağalarova, Bakı Ali Neft Məktəbinin Davamlı təhsil fakultəsinin dekanı Mehriban Nəzərova, Kaliforniya Universitetinin eksperti Rik Rasmussen, “Sukna Ventures” investisiya komitəsinin üzvü Marvin Liao yer alıb


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə