“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

22-05-2024 / 10:09

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şərq Tərəfdaşlığı Ölkələrinin Elektron Kommunikasiya Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) çərçivəsində Spektr Ekspertləri İşçi Qrupunun (SEWG) 17-ci görüşü keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşlarının da qatıldığı tədbirdə telekommunikasiya sahəsi ilə bağlı təqdimatlar nümayiş olunub və müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

Beynəlxalq Mobil Telekommunikasiya (IMT) üçün əlavə radiotezlik zolaqlarından istifadə, mobil operatorlar tərəfindən spektrin səmərəli istifadəsinin qiymətləndirilməsi və radiotezliklərin bölüşdürülməsi məsələləri tədbirin əsas müzakirə istiqamətlərini təşkil edib.

Eyni zamanda Ümumdünya Radiorabitə Konfransının (ÜRK-23) nəticələri və ÜRK-27-nin əsas mövzuları, IMT şəbəkələrində xidmət keyfiyyəti (QoS) və bu sahədə ölçmələrin aparılması, o cümlədən coğrafi informasiya sistemləri (GIS) və Genişzolaqlı Xəritələmə qabaqcıl Avropa ölkələrini təmsil edən ekspertlərin diqqətində olub.

Tədbirdə elektromaqnit sahəsinin təsiri (EMS) ilə bağlı Qeyri-İonlaşdırıcı Şüalanmadan Qorunma üzrə Beynəlxalq Komissiyanın (ICNIRP) tövsiyə etdiyi standartların tətbiqi barədə danışılıb.

Həmçinin görüş çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının radio reqlamentində müəyyən olunmuş texniki parametrlərə və şərtlərə uyğun olaraq 5G şəbəkələrinin işinin tənzimlənməsi, 5G üçün əsas tezlik zolaqlarının harmonizasiyası, habelə qonşu ölkələrlə radiotezliklərin beynəlxalq koordinasiyası məqsədilə hazırlanmış regional spektr sazişi (RSA) sənədi üçün təqdim olunmuş təkliflərin müzakirəsi aparılıb

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə