“Azərbaycan ölkəni bərpa olunan enerji mənbələrindən enerji istehsalçısına və ixracatçısına çevirmək üçün çalışır”.
“Report”un Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
“Hazırda biz Azərbaycanın bərpa olunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işləyirik. Bərpa olunan enerji sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq şirkətlər Azərbaycanla 25 geqavatdan çox bərpa olunan enerjinin istehsalına dair sazişlər imzalayıb”, - dövlət başçısı vurğulayıb.
Azərbaycan Prezidenti, ölkədə bərpa olunan enerji potensialının Xəzər dənizinin Azərbaycan sektorunda 157 geqavat daxil olmaqla, 200 geqavat təşkil etdiyini bildirib.
Prezident İlham Əliyev xatırladıb ki, artıq Azərbaycanda ilk külək və günəş elektrik stansiyalarının tikintisinə başlanılıb.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanın əsas məqsədi bərpa olunan enerji mənbələrindən istehsal olunan enerjini ilk növbədə, təbii ki, Avropaya çatdırmaqdır.
“Biz enerji diplomatiyasını və neftdən, indi təbii qazdan və daha sonra “yaşıl hidrogen”dən başlayaraq meqa layihələrin həyata keçirilməsini fəal şəkildə davam etdiririk. Bütün bunlar, əminəm ki, bizi Avropa ilə güclü enerji ötürücü xətləri ilə birləşdirəcək və Avrasiyada tamamilə yeni vəziyyət yaradacaq”, - İlham Əliyev bildirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri