“İnformasiya əldə etmək hüququnun müdafiəsi” təlimi keçirilib

11-12-2025 / 19:33

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının şöbə müdirləri və Xidmətin regional idarələrinin rəhbərləri üçün 5 saylı Bakı DOST mərkəzində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda növbəti təlim keçirilib.

Xeberler.az bildirir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, təlimdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və digər əməkdaşlar tərəfindən iştirakçılara informasiya əldə etmək hüququnun təmininin dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və vətəndaş məmnuniyyətinin artırılması baxımından mühüm mexanizm olduğu diqqətə çatdırılıb.

Eyni zamanda, informasiya sahiblərinin vəzifələri, informasiya sorğusu, onun icra müddəti və imtina səbəbləri, informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxılmasının xüsusiyyətləri, həmçinin Ombudsmanın müvafiq protokol tərtib etmək səlahiyyətləri barədə məlumat verilib.

İnteraktiv şəkildə təşkil olunan təlimdə mövzu üzrə müzakirələr aparılıb, iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

Təlimin sonunda Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququ ilə bağlı hazırlanmış maarifləndirici çap vəsaitləri iştirakçılara təqdim olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə