“İnformasiya Texnologiyaları Akademiyası” Şamaxı və Xaçmazda davam edir

07-09-2009 / 13:16

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində  yeni təlimlər gerçəkləşir. Bu dəfə isə təlimlər Şamaxı və Xaçmazda keçirilir.

Xaçmazda keçirilən təlimlərin açılış mərasimi 7 Sentyabr 2009-cu il tarixində, saat 11:00-da Xaçmaz Rayonu Zərifə Əliyeva adına 8 saylı orta məktəbin akt zalında baş tutub.

Mərasimdə Xaçmaz Rayonu İcra Hakimiyyətinin şöbə müdiri Yaqut Məsimova, Xaçmaz Rayonu Gənclər və İdman idarəsinin rəisi Qalib Səfərəliyev və “İRƏLİ” İctimai Birliyinin idarə heyətinin üzvü Hikmət Hüseynov iştirak ediblər.

Şamaxıda keçirilən təlimlərin açılış mərasimi isə 7 Avqust 2009-cu il tarixində, saat 11:00-da Şamaxı Rayonu İcra Hakimiyyətinin akt zalında baş tutub.

Mərasimdə Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısının müavini Əşrəf Şükürov, Şamaxı Rayonu Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev iştirak ediblər .


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə