“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində növbəti treninqlər Azərbaycanın Tovuz və Şəmkir rayonlarında keçirilir.
Dünən, hər iki rayonda layihənin açılış mərasimi təşkil olunub. Tədbirə rayonların İcra Hakimiyyətinin, “İrəli” Gənclər Birliyinin nümayəndələri, eləcədə layihənin gələcək iştirakçıları qatılıblar.
Xatırladaq ki, ilk dəfə “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin təqdimat mərasimi Gəncə şəhərində keçirilmişdir. Respublikanın bütün regionlarını əhatə edəcək proqram tədricən icra olunacaq.Proqram artıq Gəncə, Qazax və Ağstafada reallaşdırılıb. Gəncədə təşkil olunan kursların 270 iştirakçısından 188 nəfəri sertifikat əldə edib. Qazaxda 135 iştirakçıdan 106-sına, Ağstafada isə 134 iştirakçıdan 86-sına xüsusi sertifikatlar verilib.
Məlumat üçün bildirək ki, layihə regionlarında gənclərin, xüsusən gənc müəllimlərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması məqsədi daşıyır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri