“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.2-ci Məqsədi: “Yaradıcı və İnnovativ Cəmiyyət” üzrə tədbirlərinin 2025-ci ilin I yarımili üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən aparılmış monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.
Xeberler.az bildirir ki, onlayn iclasda qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək keyfiyyətli icrası istiqamətində təklif və tövsiyələr səsləndirilib. Eyni zamanda, icrası tamamlanmamış tədbirlərlə bağlı qarşıya çıxan çətinliklər nəzərdən keçirilib və onların cari ilin sonunadək yekunlaşdırılmasına dair müvafiq təkliflər və tapşırıqlar verilib.
İİTKM tərəfindən aparılmış monitorinq və qiymətləndirmənin ilkin nəticələrinə əsasən, 2025-ci ildə müəyyən edilmiş hədəflər üzrə işlərin aralıq nəticə indikatoru üzrə icra faizi 65% təşkil edib.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlərinin tam və vaxtında icrasını təmin etmək və aidiyyəti dövlət qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə müxtəlif işçi qrupları, o cümlədən Strategiyanın 3.2-ci Məqsədinin yerinə yetirilməsi istiqamətində “İnnovasiya” işçi qrupu yaradılıb. “İnnovasiya” işçi qrupuna Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov sədrlik edir və işçi qrupda İİTKM, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın rəhbər şəxsləri təmsil olunurlar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları