“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ötən ilin yekun monitorinq və qiymətləndirməsinə dair “Ekoloji məsələlər” İşçi qrupunun növbəti iclası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Xeberler.az -a verilən məlumata görə, nazir müavini, İşçi qrupun sədri Umayra Tağıyeva il ərzində görülmüş işlərlə bağlı məlumat verib, Strategiyaya uyğun olaraq “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədinin icra vəziyyətindən danışıb.
Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Emil Qasımov hesabatı təqdim edib. O, bu çərçivədə müəyyənləşdirilən altı fəaliyyət istiqaməti üzrə görülmüş işləri, həmçinin çətinlikləri və tövsiyələri diqqətə çatdırıb.
Hesabatın təqdimatından sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.
“Ekoloji məsələlər” İşçi qrupunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, həmçinin Dövlət Statistika Komitəsi, Dövlət Turizm, Dövlət Su Ehtiyatları, Qida Təhlükəsizliyi agentlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, TƏBİB, AMEA, Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” QSC və “Təmiz şəhər” ASC-nin müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri təmsil olunurlar.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Ekoloji məsələlər” İşçi qrupu da bu çərçivədə “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədinin yerinə yetirilməsini və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri