“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib

11-02-2026 / 10:21

“İnnovasiya” İşçi qrupuna daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.2-ci Məqsədi – “Yaradıcı və İnnovativ Cəmiyyət” üzrə tədbirlərin 2025-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub.

Xeberler.az məlumat verir ki, iclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) apardığı monitorinqin nəticələri təqdim edilib, qarşıya qoyulan vəzifələrin vaxtında və yüksək keyfiyyətlə icrası istiqamətində təklif və tövsiyələr səsləndirilib. Həmçinin Strategiyanın icra müddətinin son ili olduğunu nəzərə alaraq, tamamlanmamış tədbirlərin 2026-cı ilin sonunadək yekunlaşdırılmasına dair müvafiq tapşırıqlar verilib.

İİTKM-nin 2025-ci il üzrə apardığı monitorinqin operativ nəticələrinə əsasən tədbirlər üzrə ilkin nəticə indikatorlarının icra göstəricisi 80%, aralıq nəticə indikatorlarının icra göstəricisi isə 75% təşkil edib.

Qeyd edək ki, Strategiyanın tədbirlərinin tam və vaxtında icrasını təmin etmək və aidiyyəti dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək məqsədilə Nazirlər Kabinetinin 12 iyun 2022-ci il tarixli 487s nömrəli sərəncamı ilə bir sıra işçi qrupları yaradılıb. Onlardan biri də Strategiyanın 3.2-ci Məqsədinin həyata keçirilməsi üzrə fəaliyyət göstərən “İnnovasiya” İşçi qrupudur.

“İnnovasiya” İşçi qrupuna rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov sədrlik edir. İşçi qrupda İİTKM, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın rəhbər şəxsləri təmsil olunurlar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə