Xeberler.az məlumat verir ki, masaüstü mişarlardan istifadə ilə bağlı peşələr insan təhlükəsizliyi üçün riskli hesab olunur. Bu kimi işlərdə insanın əl barmaqlarının kəsilməsi hallarına tez-tez rast gəlinir. ABŞ-ın mişar istehsalçısı “SawStop” şirkəti bu istiqamətdə əhəmiyyətli bir texnologiya inkişaf etdirib.
“Jobsite Saw” adlı təkərli dəzgahüstü mişar kompüter sistemi ilə işləyir. Dəzgahın alt hissəsində yerləşən kompüter mişara insanın müəyyən bir üzvü toxunduğu anda müxtəlif sensorlar vasitəsi ilə bunu anlayaraq əyləci aktivləşdirir və mişarı dayandırır.
Anlama və mişarın işini dayandırması arasında olan vaxt 5 millisaniyə təşkil edir. Mişarın 10 düym ölçüsündə olduğunu nəzərə alsaq, dəqiqədə 4000 dövr edərkən 5 millisaniyədə dayanması olduqca sürətli hesab oluna bilər. Şirkət bu texnologiyanı əvvəlki modellərdə də tətbiq etsə də, yeni məhsulda onu daha da təkmilləşdirib.
Müvafiq iş yerlərində işçilərinin, eləcə də tədris mərkəzlərində şagird və yeniyetmələrin təhlükəsizliyini təmin etmək üçün bu kimi sistemlərin tətbiqi əhəmiyyətli məsələlərdəndir. “Jobsite Saw”un qiyməti 1300 dollar təşkil edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri