Parolların qeyri-aktuallığı məsələsi dəfələrlə qaldırılıb.
Xeberler.az bildirir ki, kodların potensial alternativlərini ABŞ-ın Intel şirkəti də müzakirə edir.
Şirkət nümayəndələri bildiriblər ki, bütün onlayn hesabların parollarını yadda saxlamaq qeyri-mümkündür. Buna görə də hesablara daxil olmaq üçün biometrik məlumatlardan, məsələn, barmaq izlərindən istifadə daha rahat olar.
Intel bunu artıq bu gün etməyin mümkün olmasını iddia edir.
“Biz kompüterlərdən bütün parolları ləğv etmək istəyirik”, - "Intel Client Computing Group” şirkətinin baş vitse-prezidenti və baş meneceri Kirk Skaugen Nyu-Yorkda keçirilən Citi 2015 Global Technology Conference konfransında bildirib. O əlavə edib ki, biometrik autentifikasiyadan altıncı nəsil "Core system” texnologiyasını əldə edən bütün istifadəçilər yararlana bilər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri