“İnternetdə anonimlik və şifrləmə insan hüquqlarının əsasıdır”

01-06-2015 / 13:36

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yeni hesabatında İnternetdə anonimlik və şifrləmənin insan hüquqlarının əsasını təşkil etməsi bildirilir.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  saytına istinadən verdiyi məlumata görə, sənəd müəllifi Devid Key hesab edir ki, məhz anonimlik və şifrləmə istifadəçiyə rəqəmli dövrdə fikir azadlığı hüququnu həyata keçirmək və onun ifadə olunması üçün lazım olan məxfilik və təhlükəsizliyi təmin edir.  

Hesabat hökumət və İnternetdə anonimliyə müxtəlif baxışı olan İT şirkətləri arasında artan müzakirələrlə əlaqədar dərc olunub. Ötən il “Apple” və “Google” şirkətləri əməliyyat sistemlərində şifrləmə funksiyasını əvvəlcədən quraşdırmaqla bağlı planlarını açıqlayıb. Öz növbəsində ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Milli Təhlükəsizlik Agentliyi (MTA) bu addımın cinayətkarların axtarışını və həbsini çətinləşdirəcəyini bəyan edərək təşəbbüsün əleyhinə çıxıblar. Xüsusi xidmət orqanları nümayəndələrinin qənaətinə görə, “Tor” kimi anonimayzerlərdən istifadə kibercinayətkarlar üçün qanunsuzluq zonası yaradır.

D.Keyin fikrincə, FTB və MTA-nın istifadəçi məlumatlarının toplanılması üzrə üsullarından peşəkar cinayətkarlar yararlana bilər. Xüsusi xidmət orqanlarına təhqiqat zamanı müəyyən informasiyaya daxil olmağa zərurət yaranarsa, əməkdaşlar casusluğun məqsədə nail olmaq üçün yeganə yol olmasını sübut etməlidirlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə