İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024 / 12:48

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə “Google” şirkətinin Mərkəzi Asiya, Qafqaz, inkişaf etməkdə olan ölkələr, hökumətlə əlaqələr və dövlət siyasəti üzrə rəhbəri Olqa Skoroxodova arasında görüş keçirilib.

Xeberler.az məlumat verir ki, COP29 sammiti çərçivəsində baş tutan, müxtəlif təşəbbüs və əməkdaşlıq üçün potensial istiqamətlərin müzakirə edildiyi görüşdə Azərbaycan Süni İntellekt Laboratoriyası, o cümlədən Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin nümayəndələri də iştirak ediblər.

Görüşdə “Google”un inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutduğu qlobal “AI Sprinters Framework” proqramı əsasında Azərbaycanın Milli Süni İntellekt Strategiyasının inkişafı üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. “Google”, həmçinin tələbə və mütəxəssislərin süni intellekt və bulud texnologiyası bacarıqlarının inkişafını əhatə edən təşəbbüslərini təqdim edib. Bu təşəbbüslər vasitəsilə universitet və texnologiya icmaları ilə sıx əlaqələrin qurulmasının mümkünlüyü qeyd olunub. Bildirilib ki, bu əməkdaşlıq Azərbaycanda rəqəmsal ekosistemin inkişafına mühüm töhfə verəcək, innovasiyaların sürətləndirilməsi və dayanıqlı inkişafı üçün süni intellektdən istifadənin optimallaşdırılması baxımından yeni imkanlar yaradacaq.

Müzakirələr zamanı tərəflər süni intellekt və rəqəmsal innovasiyalar sahəsində regional əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, süni intellekt üzrə əməkdaşlıq Azərbaycanı bu istiqamətdə regional mərkəz olaraq mövqeləndirmək potensialına malikdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə