Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edirsinizmi?” interaktiv sorğuya yekun vurulub.
Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, sorğunu ümumilikdə 2725 nəfər cavablandırıb ki, onlardan 1650 nəfəri və ya 61 faizi həmin e-xidmətdən istifadə etdiklərini bildiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü ilin dekabr ayında əhalinin istifadəsinə verilən “İş yerinə dair arayış” e-xidməti “Elektron Hökumət” portalında ən çox istifadə olunan e-xidmətlər sırasındadır.
Buna səbəb istər ümumi təyinatlı, istərsə də hər hansı konkret quruma təqdim etmək üçün iş yerinə dair arayışın aidiyyəti iş yerinin məsul şəxslərinə müraciət olunmadan, həmin e-xidmət vasitəsilə real vaxt rejimində rahat şəkildə əldə edilməsidir. Bütün aidiyyəti məlumatların qeyd olunduğu arayışı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək mümkündür.
Ölkəmizin elektron arayış sistemində mühüm yer tutan bu e-xidmətə istifadəyə verildiyi 2014-cü ilin dekabr ayından 2017-ci ilin 01 yanvar tarixinə qədər 453 min dəfəyə yaxın müraciət qeydə alınıb.
Respondentlərin 19 faizi ( 520 nəfər) “İş yerinə dair arayış” e-xidmətindən istifadə etmədiklərini qeyd edib ki, bu da həmin şəxslərin lazımi hallarda həmin arayış üçün elektron imkanlardan istifadə etməyə maraq göstərmədiklərindən irəli gəlir. Sorğu iştirakçılarının 20 faizi ( 555 nəfər) isə qeyd olunan e-xidmətdən xəbərsiz olduqlarını ifadə ediblər. Bu, əmək və sosial müdafiə sahəsi ilə bağlı digər e-xidmətlər kimi, “İş yerinə dair arayış” e-xidməti barədə mütəmadi məlumatlandırma işlərinin qarşıdakı dövrdə də davam etdirilməsi zərurətini ortaya qoyur.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri