“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə edilib

18-02-2016 / 11:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İş yerinə dair arayış" elektron xidməti (e-xidmət) əhalinin ən çox müraciət etdiyi və ölkəmizin elektron arayış sistemində mühüm yer tutan e-xidmətlərdəndir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a  verilən məlumata görə, belə ki, vətəndaşlar cari ilin yanvar ayında bu e-xidmətdən ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz çox, yəni 13 261 dəfə faydalanıb.

"Elektron Hökumət" portalında autenfikasiyadan keçərək "İş yerinə dair arayış" e-xidmətini seçən istifadəçi portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı elektron şəkildə aidiyyəti quruma göndərmək və ya çap edərək həmin quruma təqdim etmək imkanına malikdir. Vətəndaşın artıq bunun üçün işlədiyi müəssisənin müvafiq məsul şəxsinə müraciət etməsinə ehtiyac qalmır. Digər tərəfdən, arayışların təqdim olunduğu təşkilatlar zərurət yaranarsa onun düzgünlüyünü portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilirlər. İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, eləcə də işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. əksini tapır.

Bu amillərin nəticəsidir ki, “İş yerinə dair arayış” e-xidməti ölkəmizdə kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesində daha fəal rol oynaması ilə seçilir. 2014-cü ilin dekabrında istifadəyə verilən bu e-xidmətdən cari ilin 1 fevral tarixinədək ümumilikdə 240 min dəfəyə yaxın istifadə qeydə alınıb.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə