“Gartner” şirkəti analitiklərinin qənaətinə görə, dövlət təşkilatlarında çalışan informasiya xidmətləri rəhbərləri öz fəaliyyətlərində prioritet istiqamətlərə yenidən baxmalıdırlar.
Diqqəti köhnəlmiş texnologiyaların yaratdığı məhdudiyyətlərin aradan qaldırılmasına yönəltmək əvəzinə, ilk növbədə sadə vətəndaşların dövlət müəssisə sistemləri ilə necə əlaqə qurması nəzərdən keçirilməlidir.
Xəbərlər “Computerworld” saytına istinadən məlumat verir ki, şirkət rəsmiləri bildirir ki, köhnəlmiş sistemlərin modernləşdirilməsi dövlət təşkilatlarında çalışan informasiya xidmətləri rəhbərlərinin qeyd etdiyi beş vacib istiqamətdən biridir. Lakin bunun üçün vasitələr tapmaq heç də asan olmayacaq. Federal və milli səviyyəli müəssisələrdə rəyi soruşulanların 30 faizi büdcənin azalmasını gözləyir.
Sorğuda birinci və ikinci yeri İT infrastrukturu problemləri və məlumat və biznes analitikası texnologiyaları tutub. Həmçinin “bulud” və mobil həllərin mənimsənilməsinə böyük diqqət yetirilir. Lakin analitiklərin fikrincə, dövlət müəssisələrinin İT xidmətlərinin infrastruktur operatorları kimi rolu tədricən azalaraq onlara “bulud” xidmətləri göstərən özəl şirkətlərə keçəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri