"YouTube"da yerləşdirilmiş çarxda "Siri" səsli köməkçisinin yardımı ilə "iPhone" smartfonuna müdaxilə üsulu göstərilib.
Xeberler.az bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, videoda blokdan çıxarma kodunu bilmədən smartfonun telefon kitabındakı kontaktların məlumatlarına müdaxilə nümayiş etdirilib. Bunun üçün qurğuda aktivləşdirilmiş telefon nömrəsini bilmək kifayətdir.
Blokdan çıxarma kodunu daxil etməni keçmək üçün "Siri"nin köməyi ilə "VoiceOver" proqramını işə salmaq, bundan sonra telefona zəng vurmaq və mesajla çağırış etmək lazımdır. Bundan sonra telefon kitabını açmaq və əlaqələrə giriş əldə etmək olar.
Bu problem cari il sentyabrın ortalarında "iPhone" üçün çıxarılmış yeni "iOS 12" əməliyyat sistemində aşkar edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri