Previous Next
Bağla

Azərbaycan innovasiyası Londonda təqdim edilib

28-02-2018 11:36
Azərbaycan innovasiyası Londonda təqdim edilib

London Fond Birjasında PASHA Bank tərəfindən təşkil olunan “Azərbaycan: beynəlxalq maliyyələşməyə hazırlıq” mövzusunda seminar keçirilib.

Xeberler.az xarici məlumat verir ki, seminar iki panel müzakirələrdən ibarət təşkil edilib.

Burada “Böyük Britaniya və Azərbaycanın ticarət və investisiya münasibətləri”, “Beynəlxalq investisiyalar üçün imkanlar: strateji yol xəritəsi və inkişafın açar sektorları”, “Azərbaycan iqtisadiyyatının ən cəlbedici sektorları” kimi mövzular işıqlandırılıb.

Seminarın qonaqları içərisində Böyük Britaniyanın Azərbaycanda ticarət nümayəndəsi Baronessa Nikolson, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfiri cənab Tahir Tağızadə, "The Economist" jurnalının analitik şöbəsinin nümayəndəsi Aleks Nays, Avropa Yenidənqurma və İnkişaf Bankının Cənub və Şərqi Aralıq dənizi və Qafqaz ölkələri Qrupunun direktoru cənab Mayk Teylor, Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov, eləcə də Avropa və Azərbaycanın aparıcı banklarının, müdafiə strukturu və İKT layihələri rəhbərliklərinin nümayəndələri olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vusal Qasımlı “Neft əsrindən sonra iqtisadi yüksəlişin bərpası” məruzəsilə çıxışı zamanı prezident İlham Əliyev tərəfindən qəbul edilən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafının əhəmiyyətini qeyd edib. Öz növbəsində GoldenPay-in nümayəndəsi Fərid İsmayılzadə ölkənin startap sənayesi, startap cəmiyyətin inkişafı və maliyyələşdirmənin perspektivlərini təqdim edib.

“Asan İmza” mobil elektron imzanın operatoru hesab edilən B.EST Solutions şirkətinin təsisçisi və Azərbaycanda mobil identitet layihələri Konsorsiumunun rəhbəri xanım Yana Krimpe Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsindəki zəngin təcrübəsi ilə paylaşıb.

İnvestorlar və biznes-cəmiyyətə “Rəqəmsal Ticarət Qovşağı”, AZEXPORT, ABAD (Ailə Biznesinə ASAN Dəstək), Asan İmza mobil elektron imza layihələri, eləcə də Elektron Hökumətin onlayn biznes-xidmətləri təqdim edilib.

Bundan əlavə PASHA Bankın innovativ rəqəmsal bankçılıq layihəsi qeyd edilib. Xanım Yana Krimpe öz çıxışında bildirmişdir ki, PASHA Bank nəinki regionda, eləcə də bütün dünyada ən qabaqcıl texnologiyaları tətbiq edərək Asan İmzanı müştərilərinə təqdim edən və rəqəmsal maliyyə mühitində KYC (öz müştərini tanı) prinsipinə bütünlükdə riayət edən ilk bank olmuşdur ki, bu da Avropa maliyyə bazarı üçün çox aktual mövzudur.

İnnovativ mühitin yaxşılaşdırılması və əlavə investisiyaların cəlb edilməsinə istiqamətləndirilmiş innovativ layihələri təqdim edərkən, xanım Yana Krimpe ölkədə iqtisadi islahatların həyata keçirilməsində dövlət və özəl sektorun əməkdaşlığının çox vacib əhəmiyyətini xüsusilə qeyd edib. O, eyni zamanda turizm sahəsində regionların böyük potensialını vurğulamış, eləcə də iştirakçıları regionlarda informasiya texnologiyaları sahəsində çoxlu sayda xanımların cəlb edilməsi üçün Femmes Digitales klubu tərəfindən həyata keçirilən işlərlə tanış edib.

Britaniyalı investorlar Azərbaycan bazarına xüsusi maraq göstərmiş və hökumət tərəfindən reallaşdırılan islahatları yüksək qiymətləndirmişdilər. Eləcə də azad iqtisadi zona layihəsi, həmçinin Azərbaycanda biznesin distant idarə edilməsi üçün innovativ xidmətlərin səviyyəsi xüsusi maraq doğur Britaniyalı investorlar bir sıra layihələrin maliyyələşdirilməsinə maraq göstərdiklərini və təqdim olunan həllərin yüksək səviyyədə rəqəmsallığını və yeniliyini qeyd ediblər. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017

Asan İmza İdentitet üzrə seminarda müzakirə olunub

14-06-2019

Аsan İmza e-ID beynəlxalq forumunda təqdim edilib

23-09-2019

İKT yeniliklərimiz ABŞ-da təqdim edilib

03-05-2018

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015

Ölkədə ilk dəfə elektron formada memorandum bağlanıb

16-06-2017

İT şirkət rəhbərimiz dünyanın 100 nüfuzlu şəxsi siyahısındadır

07-02-2018

Kiyevdə PKI beynəlxalq forumu təşkil olunub

04-10-2019

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

ASAN imza dünya üzrə xarici vətəndaşlara təqdim olunacaq

05-06-2017

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

Azərbaycan innovasiyası Mərakeşdə tətbiq edilə bilər

13-11-2017

Asan İmza Estoniyanın eID Forumunda təmsil olunmuşdur

20-09-2018

Аsan İmza Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

27-09-2018

Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

18-01-2020

“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

13-05-2015

ASAN imza nüfuzlu mükafata layiq görülüb-Foto

10-05-2017

Asan İmza və Rəqəmsal Ticarət Qovşağı Estoniyadakı konfransda təqdim edildi

04-06-2018

Asan İmza mobil elektron imza layihəsi ən innovativ nümunə kimi qəbul edilib

13-11-2018

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə