İtaliya “Apple” şirkətini 98 milyon avro cərimələyib

22-12-2025 / 16:22

İtaliyanın tənzimləyici qurumu “Apple” şirkətini “App Store” vasitəsilə məhsullarını təqdim edən şirkətlərin ziyanına bazar üstünlüyündən sui-istifadə etdiyinə görə 98 milyon avrodan çox məbləğdə cərimələyib.

Xeberler.az İtaliyanın “ANSA” agentliyinə istinadən məlumat verir ki, Avropa Komissiyası və digər milli antiinhisar qurumları ilə birgə aparılan araşdırma göstərib ki, “App Tracking Transparency” (ATT) siyasəti – “Apple”ın iOS cihazlarında “App Store” üzərindən yayılan tətbiqlər üçün üçüncü tərəf tərtibatçılarına tətbiq etdiyi məxfilik qaydaları – məhdudlaşdırıcı xarakter daşıyır.

Açıqlamada bildirilir ki, ATT siyasəti çərçivəsində “Apple”ın tələbinə əsasən üçüncü tərəf tətbiq tərtibatçıları reklam məqsədləri üçün məlumatların toplanması və birləşdirilməsi ilə bağlı istifadəçilərdən ayrıca razılıq almağa məcbur edilirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə