İtaliyanın məşhur “RAI 1” kanalı Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi sahəsində rəqəmsal texnologiyaların və süni intellekt həllərinin tətbiqi ilə bağlı sujet yayımlayıb.
Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, jurnalist Barbara Karfanya tərəfindən hazırlanan materialda agentliyin və “ASAN xidmət”in fəaliyyətinə də xüsusi yer ayrılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovativ texnologiyalar nəticəsində vətəndaş məmnunluğunun əldə olunması istiqamətində uğurlu nəticələr var. Vurğulanıb ki, dövlət orqanları ilə vətəndaşlar arasında əsas görüş yerinə çevrilən mərkəzlərdə 400-dən çox xidmət göstərilir və bu əsl gələcəyə baxışdır.
Həmçinin “ASAN xidmət”in 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü və bu modelin dövlət idarəçiliyində innovasiyalar axtaran ölkələr üçün nümunə olduğu ifadə olunur.
Sujetdə müasir innovativ texnologiyaların tətbiqi istiqamətində Səyyar ASAN xidmətin və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi barədə məlumat verilir. Həmçinin vətəndaşlara xidmət sahəsində ASAN könüllülərinin reallaşdırdığı təşəbbüslərdən də söz açılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları