Previous Next
Bağla

Kaspersky Amerikan patenti əldə edib

15-04-2022 10:55
Kaspersky Amerikan patenti əldə edib

Kaspersky məlumatların idarəetmə prosesini asanlaşdıran və onların qanuni ötürülməsi və emalına kömək edən blokçeyn texnologiyası üçün ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsində patent əldə edib. Bu texnologiya həm də məlumatların ötürülməsinə cəlb olunmuş tərəflərin autentifikasiya məsələsini həll edir və göndərilən məlumatın gizliliyini təmin edir.

Xeberler.az məlumat verir ki, sorğuların nəticələrinə görə, şirkətlərin 70%-i 2021-ci ilədək toplanan məlumatların həcmini artırıb, bununla belə, şirkətlərin 53%-i dövlət tərəfindən müəyyən edilmiş normalara ciddi riayət etdiklərinə dair zəmanət vermir. Məlumatların müdafiəsi sahəsinə aid qanunvericilik şəxsi məlumatlarla işləyən şirkətlərin üzərinə daha çox öhdəlik qoyur. Bu, normativ tələblərin icrasını asanlaşdıran müasir məlumat idarəetməsi texnologiyalarına tələb yaradır.

Patentə "İstifadəçi məlumatlarının bölüşdürülmüş reyestrin istifadəsi ilə etibar edilmiş tərəf tərəfindən üçüncü tərəfə göndərilməsi sistemləri və metodları"* adı verilib. Burada söhbət şəxsi məlumatların qanunsuz ötürülmə və emala qarşı qorunmasından gedir. Həmin sistem və metodlar şirkətlərə qanunvericiliyin normalarına uyğun işləməyə kömək edir. Texnologiya, müştəri risklərini azaldan və maliyyə əməliyyatlarını izləyən Know Your Customer (KYC) və Client Due Diligence (CDD) proseslərinə əməl etmək öhdəliyi daşıyan xidmət təminatçıları üçün xüsusi dəyər kəsb edir. Şirkətlər bu proseslərin legitimliyi ilə bağlı problem yarandıqda, subyektlərin şəxsi məlumatlarının ötürülməsi və emalına razılığını təsdiqləmək üçün blokçeyn texnologiyasındakı əməliyyat qeydlərinə istinad edə bilirlər.

Məlumatlara nəzarət məlumatların yönləndirilməsi zamanı tərəflərin qarşılıqlı fəaliyyətinin hər mərhələsini qeydə alan bölüşdürülmüş reyestr (distributed registry) sayəsində mümkün olur. Patentləşdirilmiş metodlar jurnalda yalnız şəxsi məlumatların ötürülməsi faktları və subyektlərin bu prosesə razılığına dair məlumatların olduğuna zəmanət verir. Bütün qeydlər unikal, patentləşdirilmiş qaydada "duzlanmış"**, imzalanmış və şifrələnmiş heş formatında saxlanır. Bu cür yanaşma məlumatların sızması və idarəolunmaz göndərişini önləməyə imkan verir, çünki reyestrdəki qeydlərdən yalnız birbaşa iştirakçıların - göndərən, alan və məlumat sahibinin istifadəsinə icazə verilir.

"Şirkətimiz məlumatların idarəedilməsi metodlarının təkmilləşdirilməsində hər kəsdən çox maraqlıdır. Kaspersky tərəfindən hazırlanan texnologiya informasiya ötürülməsi faktını təsdiqləməyə və bunu təhlükəsiz şəkildə yerinə yetirməyə imkan verir: məlumatların özü blokçeyndə saxlanılmır. Bu metod malları müşayiət edən məlumatların mübadiləsi və ya əməkdaşın elektron imza vasitəsilə sənədi imzalamaq səlahiyyətinin təsdiqlənməsi zamanı faydalı ola bilər", - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib.

Kaspersky-nin texnologiyaları haqqında daha çox məlumatı buradan əldə edə bilərsiniz: https://www.kaspersky.ru/enterprise-security/wiki-section/home.

* Patentin adı ingilis dilində "Systems and methods for sending user data from a trusted party to a third party using a distributed registry" kimi qeyd olunur.

** Kriptoqrafiyada şifrəni "duzlamaq" ifadəsi istifadə edilir (ingiliscə “to salt” felindən). Bu, heş dəyərlər hesablanan zaman giriş məlumatlarına "duz" anlamına gələn bir neçə təsadüfi simvol zolağının əlavə edilməsi prosesidir. Belə olan halda, yekun anlamlar heş dəyərlərin açıq lüğətləri ilə üst-üstə düşməyəcək. "Duzlamağı" bilmək adlandırma üçün yeni lüğətlərin yaradılmasına imkan verir, ona görə də onun mənası gizlin saxlanılmalıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022

Draguilov: Blokçeyn məlumatların etibarlılığını artırılması üçün effektivdir

30-09-2025

Kaspersky 2019-cu ildən maşın öyrənməsi sahəsində 53 patent əldə edib

06-06-2022

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22-01-2021

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Bu proqram şifrənin təhlükəsizliyini yoxlayır

13-03-2019

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022

Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

05-07-2022

2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

23-01-2023

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022

Bu il daha çox hansı sahələri kiberhücumlar gözləyir?- Proqnoz

11-01-2017

Kaspersky: istifadəçilərin üçdə biri yeni sevgi tanışlığı üçün qabaqcıl texnologiyalara güvənməyə hazırdır

16-07-2021

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

16-11-2018

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

09-10-2025

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə