Previous Next
Bağla

Kaspersky fərdi kart məlumatlarının sızması ilə bağlı xəbərdarlıq yayıb

07-12-2019 09:58
Kaspersky fərdi kart məlumatlarının sızması ilə bağlı xəbərdarlıq yayıb

“Kaspersky” şirkəti hotel məlumat sistemlərində saxlanılan, o cümlədən onlayn səyahət agentliklərindən alınan kredit kart məlumatlarını təhlükəyə atan zərərli kampaniyanın faəllaşmasını qeydə alıb. Braziliya, Argentina, Boliviya, Çili, Kosta-Rika, Fransa, İtaliya, Meksika, Portuqaliya, İspaniya, Tailand və Türkiyədə 20-dən çox hotelə belə hücumlar edilib.
 
Xeberler.az bildirir ki, məlumatların əldə olunması onların yenidən satılmasını mümkün edir. Məlumatları toplamaq üçün fırıldaqçılar fişinq məktublarda “Word”, “Excel” və PDF formatında zərərli əlavələr yayaraq, məsafədən idarəolunan troyan proqramlarından istifadə edirlər. Real şirkətləri təmsil edən real insanların qrup rezervasiyasına dair rəsmi müraciətləri çox inandırıcı görünür. Məktubda həmçinin rəsmi sənədlərin surətləri və bu hotelin seçilməsinin səbəbləri barədə ətraflı izahat yer alır. Sənədin saxtalığını yalnız şirkətin domeninin yanlış yazılışından anlamaq olur.

Fırıldaqçılar məsafədən müdaxilə olunan kompüterlərə özləri giriş etməklə yanaşı, həm də bu imkanı qanunsuz forumlarda satırlar. Kampaniyada bir neçə kiber qruplaşma iştirak edir, onlardan ən azı ikisi haqqında məlumat var. Bunlar “RevengeHotels” və “ProCC” qruplaşmalarıdır.

Zərərli linklərin qısaldılması üçün istifadə olunmuş məşhur “Bit.ly” servisinin məlumatına görə, zərərli proqram yuxarıda sadalananlarla yanaşı, bir çox digər ölkələrdə də yayılıb. Bu da oğurlanmış məlumatların daha çox olduğunu göstərir.
 

Qonaqlar işgüzar səfərdə və ya tətildə hotellərdə qalarkən, nağd və ya kartla ödəmələrindən asılı olmayaraq, bronu təstiqləmək üçün ən azı bir dəfə debet və ya kredit kartından istifadə etməli olurlar. Bu, fırıldaqçılara məlumatları oğurlamaları üçün kifayət edir. Hotel sahiblərinə həm müştərilərə, həm də müəssisənin nüfuzuna xələl gətirə biləcək sızmalardan qorunmaq üçün etibarlı qoruyucu həllərdən istifadə etməyi məsləhət görürük”, - bunu “Kaspersky” şirkətinin Rusiya tədqiqat mərkəzinin rəhbəri Yuriy Namestnikov deyib. 

“Kaspersky” səyahət edənlərə onlayn səyahət agentlikləri vasitəsilə otel sifariş etmək üçün virtual ödəmə kartından istifadə etməyi və ya yerində ödəmək üçün virtual cüzdan və ya məhdud sayda pulu olan kartdan istifadə etməyi tövsiyə edir.
 
Otel sahibləri və menecerlərə məsləhət görülür:
şəbəkə infrastrukturunun risk qiymətləndirməsini aparmaq, müştəri məlumatlarının işlənməsi və saxlanması üçün ciddi qaydalara riayət olunmasını təmin etmək.

fişinq və zərərli saytları, habelə ağ siyahıda olmayan tətbiqləri bloklamağa imkan verən etibarlı təhlükəsizlik həllini tətbiq etmək. Məsələn, “Kaspersky Endpoint Security” kimi.

Bundan başqa, “Kaspersky Automated Security Awareness Platform”- dan istifadə edərək, işçilərin fişinq məktubları ayırd edə bilməsi üçün kiber təhlükəsizlik təlimləri keçirmək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019
Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
Kaspersky Security OneDrive buludunu da qoruyacaq

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020
Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020
Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022
Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə